
Parisdə kritik görüş
Suriya və İsrail masaya oturdu
Suriya və İsrail masaya oturdu
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Yaxud Yayın istisində qaynayan region
... Yaxud dürzi icması, şəriət və qeyri-şəriət qarşıdurması
Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır
Normallaşma perspektivi, demək olar ki, yoxdur
Dürzilər Suriya, Livan, İordaniya və İsrail də daxil olmaqla bir çox ölkəyə yayılıblar
Baş Qərargah binasının girişi vuruldu
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Suriya Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının bir sıra şirkətləri arasında elektrik, neft və təbii qaz sahələrini əhatə edən müqavilələr və çoxsaylı anlaşma memorandumları imzalanıb. Şam hökumətinin açıqlamasına görə, yaxın 2-3 il ərzində enerji, neft və mədənçilik sahələrində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
Razılaşmalar çərçivəsində texniki təlimlərin təşkili, yerli işçi qüvvəsinin inkişaf etdirilməsi, həmçinin neft və qaz yataqlarının müasir idarəetməsi və inkişafına dair inteqrasiya olunmuş həllərin tətbiqi nəzərdə tutulur.
Suriya Energetika Nazirliyinin sözçüsü Əhməd Süleyman Anadolu Agentliyinə açıqlamasında, Səudiyyə Ərəbistanı mərkəzli “ACWA Power” şirkəti ilə su və bərpa olunan enerji sahəsində müqavilə imzalandığını bildirib.
Süleyman bu razılaşmanın Səudiyyə Ərəbistanı ilə yeni tərəfdaşlıqların əsasını qoyacağını deyib. Onun sözlərinə görə, ümumi gücü təxminən 2,5 qiqavatt olan külək və günəş enerjisi layihələri planlaşdırılır.
Sözçü vurğulayıb ki, bütün layihələr Suriya xalqına xidmət edəcək və yaxın illərdə enerji, neft və mədənçilik kimi strateji sahələrdə yeni təşəbbüslər həyata keçiriləcək.
İmzalanan sazişə əsasən, yaxın vaxtlarda sahələrdə texniki qruplar fəaliyyətə başlayacaq və külək, günəş elektrik stansiyaları üçün inşaat əraziləri müəyyən ediləcək.