ABŞ-də tarixi fürsət
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
15:42 | 16 iyul 2025 | Çərşənbə
Məqaləyə 1006 dəfə baxılıb
Şriftin ölçüsü
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Suriya paytaxtı Dəməşqdə güclü partlayış səsi eşidilib. Suriya dövlət xəbər agentliyi SANA bildirib ki, “Dəməşqdə partlayış səsi eşidilib, hadisənin təfərrüatları araşdırılır”. Bildirilib ki, şəhərdə üç partlayış baş verib.
Partlayışlar Prezident Sarayı, Müdafiə Nazirliyinin arxa hissəsi və Baş Qərargah binasının giriş hissəsində qeydə alınıb.
“Reuters” agentliyinə görə, İsrail ordusu açıqlama verərək Dəməşqdə Suriya ordusunun Baş Qərargahının girişinə hava zərbəsi endirildiyini təsdiqləyib. Eyni məlumatı Anadolu Agentliyi (AA) də yayıb.
SANA, hücum nəticəsində ən azı iki nəfərin yaralandığını bildirib.
“Reuters”ə danışan iki Suriya təhlükəsizlik mənbəsi isə İsrailin Dəməşqdə Müdafiə Nazirliyinə də zərbə endirdiyini deyib.
Zərbə, Süveyda əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasında toqquşmaların davam etdiyi günlərə təsadüf edib.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı, Süveydanın şərqindəki Sile Hərbi Hava Bazası və şəhər mərkəzinə yeddi hava hücumu həyata keçirib.
İsrail ordusunun sözçüsü bildirib ki, Süveydada baş verənlər və Suriya rejiminin hərəkətləri müşahidə olunur, siyasi rəhbərliyin təlimatı əsasında Dəməşqdəki Baş Qərargah binasının girişinə zərbə endirilib.
Suriya sərhədinə hərbi qüvvə artırılır
İsrail ordusu, Suriya ordusuna qarşı hücumların ardınca sərhəd bölgəsinə əlavə qüvvə göndəriləcəyini açıqlayıb.
“Həm müdafiə, həm də hücum əməliyyatları davam edəcək”, – deyə bəyanatda vurğulanıb.
“Syria TV” telekanalı isə Baş Qərargah binasının girişinə hücumdan sonra ətrafda silah səsləri eşidildiyini xəbər verib. SANA, İsrailin həm Dəməşq, həm də Süveyda bölgəsinə iki hava zərbəsi endirdiyini bildirib.
İsrail dövlət televiziyası, hücumun Süveydada Dürzilər arasında baş verən qarşıdurmalardan sonra Suriya keçid hökumətinin Prezidenti Əhməd Şaraaya bir mesaj olduğunu qeyd edib.
İsrailin müdafiə naziri İsrael Kats açıqlamasında zərbəni təsdiqləyərək deyib: “Əgər bu mesaj başa düşülməzsə, qarşıdurmanın səviyyəsi artırılacaq”.
Süveydada qarşıdurmalar 13 iyuldan bəri davam edir
Suriya ilə İordaniya sərhədində yerləşən Süveyda şəhərində 13 iyuldan etibarən Dürzi qruplarla bədəvi ərəblər arasında toqquşmalar baş verib.
İsrail hökuməti, Əsəd rejiminin devrilməsindən sonra Dürzi bölgəsinin Suriyaya inteqrasiyasını ləngitmək üçün bu azlığa hərbi və siyasi dəstək vədi verib.
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Kats da daxil olmaqla İsrail rəhbərliyi son günlərdə “Suriya rejiminə qarşı hücumlar artacaq” bəyanatları ilə çıxış edirlər.