vaxtlı-vaxtında oxuyun! Cümə, 18 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
Suriyada qan su yerinə axır 10:29 | 18 iyul 2025 | Cümə Məqaləyə 118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriyada qan su yerinə axır

Ərəb qəbilələrindən 50 min döyüşçü Süveyda şəhərinə yaxınlaşır

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyanın cənubundakı Süveyda vilayətindəki ərəb əşirətləri, Bədəvi qəbilələrinə qarşı törədilən hücumlara cavab olaraq ümumi səfərbərlik elan edib. Alman xəbər agentliyi DPA-nın əldə etdiyi açıqlamaya görə, “Biz, Suriyalı əşirət üzvləri olaraq, əl-Hicri terrorçu yaraqlılarının Süveyda vilayətindəki Bədəvi qəbilələrinə qarşı törətdiyi cinayətləri və günahsız insanların zorla yerindən didərgin düşməsini böyük narahatlıqla izləyirik. Zülm görənləri müdafiə etmək üçün Bədəvi qəbilələrindən olan qardaşlarımızı müdafiə etməyi özümüzə mənəvi borc sayırıq. Suriya hökumətini qardaşlarını dəstəkləmək məqsədilə region xaricindən gələn döyüşçülərin hərəkətinə müdaxilə etməməyə çağırırıq”.

Açıqlamada əlavə olunur ki, “Bu döyüşçülərə qarşı hər hansı tədbir, cinayətkarların himayəsinə bərabərdir və qətliamların davam etməsində əxlaqi və tarixi məsuliyyət daşıyanları ifşa edir. Suriyalı qəbilələr müdafiə etdikləri övladları arasında birliyini saxlayır və onlara qarşı hər hansı ayrı-seçkilik, yekdil və sərt mövqe ilə qarşılanacaq”.

Qəbilə döyüşçüləri artıq Süveyda şəhərinə hücum edərək, əsasən el-Mazraa kəndi olmaqla bir sıra yaşayış məntəqələrini nəzarət altına alıblar və Şam yolunun şimal tərəfindən Süveyda şəhərinə yaxınlaşırlar. Qəbilə qüvvələrindən bir mənbə, döyüşlərdə iştirak edən qəbilə döyüşçülərinin sayının 50 mini ötdüyünü və bu gün səhər saatlarında Suriyanın şərqindən, xüsusilə Hələb vilayətindən on minlərlə əlavə döyüşçünün gəlməsinin gözlənildiyini bildirib.

Mənbə qeyd edib ki, “döyüşlərdə iştirak edən 41 qəbilə Suriyanın əhalisinin 70 faizdən çoxunu təşkil edir”. Eyni zamanda, qəbilə üzvlərinin İordaniya Kralı II Abdulla və İraqdakı Anbar qəbiləsinin liderlərinə müraciətindən sonra, İraq, İordaniya və Livandakı ərəb qəbilə üzvlərinin Süveyda bölgəsinə getməyə hazır olduqları bildirilir.

Qəbilə mənbələrinin məlumatına görə, dünən Şeyx Hikmət el-Hicriyə bağlı qruplar tərəfindən həyata keçirilən hücumlarda 100-dən çox insan həlak olub, on minlərlə insan öz kəndlərindən didərgin düşüb, evlər yandırılıb.