
Suriyanı quraqlıq vurdu
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Suriyanın diktator prezidentinin əmisi oğlu axtarışda idi
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Tom Barak: “Bu gün bizim maraqlarımız üst-üstə düşür”
Uşaqların mübahisəsi kütləvi toqquşmaya çevrildi
İtkin düşən ABŞ jurnalisti Əsəd rejimi tərəfindən həbs edilib
Suriya yenidən vətəndaş müharibəsi astanasındadır
Kürd yaraqlıları inteqrasiyadan kənarda qalacaq
Edam edilən İsrail agentinin arxivini oğurladılar
AB Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edir
Eyni məhəllədə yaşayan ailələr düşməndir
ABŞ Senatında vətəndaş müharibəsi xəbərdarlığı
İlk nəticələr bank və kommersiya sektorlarında görünəcək
Beş terrorçu lider getdikləri yerdə həbs olunacaq
İsrail ilə Suriya arasında ən az dörd fərqli kanaldan təmasların aparıldığını yazan İsrail mətbuatı, mümkün razılaşma ilə bağlı şərhlər yazıb.
İsrail mətbuatı Suriya ilə mümkün razılaşmanın gözləntilərin əksinə olaraq qaçılmaz olmayacağını, lakin uzun zaman alacağını irəli sürdü.
İsraildə yerləşən “Walla” xəbər saytı tərəflər arasında danışıqların hələ rəsmi normallaşma prosesi olmasa da, sərhəd təhlükəsizliyini yenidən təşkil etmək və diplomatik təmaslar üçün zəmin hazırlamaq məqsədi daşıdığını bildirib.
Xəbərdə adı açıqlanmayan bir İsrail rəsmisinin bu sözləri yer alıb: "ABŞ İsrail-Suriya əlaqələrinin mərhələli şəkildə qurulmasına üstünlük verir. İsrail isə prosesin sonunda tam normallaşmanı nəzərdə tutan sülh sazişinin mümkün olub-olmadığını əvvəlcədən bilmək istəyir."
***
Xəbərdə deyilir ki, iyunun əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak vasitəsilə ABŞ-a Bəşər Əsədin rəhbərlik etdiyi Baas Partiyası rejiminin devrilməsindən sonra Suriya ilə yeni təhlükəsizlik razılaşması üçün danışıqlar aparmaq istədiyini bildirib.
Yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, Netanyahunun məqsədi 1974-cü il İsrail-Suriya Müqaviləsinin yenilənmiş versiyası ilə başlayacaq və nəticədə tam sülh razılaşması ilə nəticələnəcək mərhələli prosesi həyata keçirməkdir.
***
İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrinin böyük bir hissəsini nəzarəti əlinə alıb.
2024-cü ilin sonunda Baas rejiminin devrilməsindən sonra yaranan yeni geosiyasi mühitdə İsrail Suriyaya aid bəzi bufer zonaları işğal etdiyini və 1974-cü ildə imzalanan geri çəkilmə müqaviləsinin qüvvədən düşdüyünü bəyan etdi.
Bunların arasında paytaxt Dəməşqdən cəmi 35 kilometr məsafədə yerləşən strateji əhəmiyyətli Hermon dağı (Cəbəl əl-Şeyx) var.
“Walla”nın hesabatında İsrail rəsmilərinin bu əraziləri sövdələşmə obyekti kimi gördüyü və İsrailin yalnız tam normallaşma əldə olunarsa geri çəkilməyi düşünəcəyi ifadə edildi.
***
Məlumata görə, İsrail hazırda Suriya ilə ən azı dörd müxtəlif kanalla əlaqə saxlayır.
Bu təmaslar diplomatik və strateji dialoq üçün Baş nazir Netanyahunun milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi, “MOSSAD” direktoru Deyvid Barnea və xarici işlər naziri Qideon Saar, hərbi koordinasiya üçün isə İsrail ordusu vasitəsilə həyata keçirilir.
İsrailin xarici işlər naziri Qideon Saar bu yaxınlarda Suriya ilə razılaşmaya açıq olduqlarını, lakin Qolan təpələrinin “istənilən gələcək razılaşmada İsrailin ayrılmaz hissəsi” olaraq qalacağını bildirib.
Digər tərəfdən, “Jerusalem Post” qəzeti iki ölkə arasında təhlükəsizlik danışıqlarının davam etdiyini, lakin tam barışıqdan çox “soyuq sülhə” gətirib çıxara biləcək maneələrlə qarşılaşdıqlarını yazıb.
Xəbərdə adı açıqlanmayan mənbələr Suriya hökumətinin heç bir razılaşma əsasında İsrailin Suriya ərazisindəki hədəflərə qarşı əməliyyatlarına icazə verməyəcəyini açıq şəkildə bəyan etdiyini, İsrailin isə təhlükəsizlik zəmanətində israr etdiyini bildirib.
Qəzet həmçinin qeyd edib ki, “Razılaşma əldə olunsa belə, ilkin olaraq sülh razılaşması deyil, mülki təhlükələrə qarşı birgə təhlükəsizlik razılaşması olacaq”.
Suriyanın yeni hökuməti İsrail üçün birbaşa təhlükə yaratmasa da, 2024-cü ilin sonunda Əsəd rejiminin devrilməsindən sonra İsrail bu ölkəyə hava hücumlarını artırıb.
Bu hücumlar mülki əhalinin tələfatına səbəb olub, hərbi obyektlər və döyüş sursatları hədəfə alınıb, xüsusilə Quneytra və Rif əl-Şam əyalətləri güclü bombalanıb.