
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
... Yaxud Orta keçid körpüsünün acı tarixi
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq, Rusiya Federasiyasının Azərbaycan Respublikasına qarşı son dövrlərdə sərgilədiyi imperialist, aqressiv və təhdid xarakterli mövqeyini, informasiya məkanında apardığı psixoloji müharibəni və Azərbaycan vətəndaşlarına yönəlmiş açıq və dolayı zorakılıq çağırışlarını qətiyyətlə pisləyirik. Biz bu cür davranışları beynəlxalq hüququn pozulması, dövlətlərin suverenliyinə açıq təhdid və Türk millətinə qarşı açıq düşmənçilik siyasəti kimi qiymətləndiririk.
Azərbaycan Respublikası təkcə Arazın şimalındakı 10 milyonluq xalqın deyil, Arazın o tayında yaşayan 40 milyon Güney Azərbaycan Türkünün də dövlətidir. Azərbaycan bizim milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur. Bu səbəbdən Azərbaycan dövlətinə qarşı edilən hər təhdid, hər təzyiq və hər zorakılıq – bizim özümüzə, millətimizə və milli ləyaqətimizə qarşı yönəlmiş hücum kimi qəbul edilir.
Biz açıq şəkildə bəyan edirik ki, Rusiya tərəfindən aparılan təbliğat müharibəsi, mediada yayılan hədə-qorxu dolu materiallar, Azərbaycana qarşı əsassız ittihamlar və regionda sabitliyi pozmaq cəhdləri qəbuledilməzdir. Azərbaycan vətəndaşlarına qarşı aparılan psixoloji basqılar, təzyiq və zorakılıq ritorikası birbaşa olaraq Türk millətinin heysiyyətinə və hüquqlarına yönəlmiş hücumdur. Biz bunu nə unudacağıq, nə də bağışlayacağıq.
GAMAC olaraq, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləyir, bu dəyərlərin qorunması üçün hər an, hər şəraitdə və hər yerdə canımızdan keçməyə hazır olduğumuzu bildiririk. Azərbaycan dövlətinin yanında olmaq bizim borcumuz, vətəndaşlıq şüurumuzun və milli vicdanımızın tələbidir.
Bütün dünya bilməlidir ki, Azərbaycan dövləti tək deyil. Onun arxasında 40 milyon Güney Azərbaycan Türkü dayanır. Bizim qəlbimiz Azərbaycanın qəlbi ilə bir döyünür. Onun düşməni bizim düşmənimiz, onun mübarizəsi bizim mübarizəmizdir. Rusiya rəhbərliyi anlamalıdır ki, bu xalq artıq əsarətə boyun əyməyəcək, bu millət öz haqqını və dövlətini qoruya biləcək qədər şüurludur, güclüdür və birlikdədir.
Biz beynəlxalq ictimaiyyəti Rusiya tərəfindən aparılan bu təhdidkar siyasətə qarşı prinsipial mövqe sərgiləməyə çağırırıq. Türk dünyasını və beynəlxalq Türk diasporunu isə bu tarixi mərhələdə birliyini nümayiş etdirməyə, Azərbaycanın yanında açıq şəkildə dayanmağa dəvət edirik. Eyni zamanda, bütün Güneyli soydaşlarımızı milli şüur və mübarizə ruhu ilə hərəkət etməyə, dövlətimiz Azərbaycanla həmrəyliyini konkret şəkildə ifadə etməyə çağırırıq.
Yaşasın Bütöv Azərbaycan!
Yaşasın Müstəqil və Güclü Azərbaycan Dövləti!
Yaşasın Azərbaycan Türklərinin Milli Birliyi!