vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
Səudiyyə Ərəbistanının kredit reytinqini “A+” oldu 11:18 | 15 mart 2025 | Şənbə Məqaləyə 147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səudiyyə Ərəbistanının kredit reytinqini “A+” oldu

“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib

XALİDƏ

“Standard & Poor's” (S&P) dünən dərc etdiyi hesabatda Səudiyyə Ərəbistanının yerli və xarici valyutada kredit reytinqini stabil proqnozla “A+” səviyyəsinə qaldırıb.

Təşkilat bu qərarın Səudiyyə Ərəbistanının iqtisadiyyatın şaxələndirilməsində davam edən tərəqqisi, qeyri-neft sektorunun yüksələn xətlə böyüməsi və yerli kapital bazarının inkişafı nəticəsində qəbul edildiyini və bunun “Vizion 2030” məqsədlərinə nail olmaq üçün qoyulan xarici dövlət borcunun və borc xidmətinin xərclərinin artması risklərini kompensasiya etdiyini vurğulayıb.

S&P, 2025-2028-ci illərdə ÜDM-in real artımının orta hesabla 4 faiz olacağını təxmin edir və Səudiyyə hökumətinin investisiyaları təşviq etmək tədbirlərinin qeyri-neft inkişaf perspektivlərini dəstəkləyəcəyini və orta müddətli dövrdə iqtisadiyyatın dayanıqlığını artıracağını qeyd edir.