
Müqəddəs məkanlarda ibadət
Milyonlarla müsəlman iki məsciddə Qurani-Kərimin oxunmasını dinləyib
Milyonlarla müsəlman iki məsciddə Qurani-Kərimin oxunmasını dinləyib
Qafqaz Müsəlmanları İdarəsi İranın təhdidlərinə cavab verən bəyanat yaydı
Səudiyyə Ərəbistanı pandemiyadan sonra ən böyük dini mərasimə ev sahibliyi edir
Səudiyyə Ərəbistanı bu il həcc ziyarətində milyon zəvvarın iştirakına icazə verəcək
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
Kvotada da 200 nəfərlik artım var
QMİ: «Elə insan var ki, Həccə getdiyini gizli saxlayır»
Qafqazın ilk şeyxi kim olub?
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
Si Szinpin hökuməti uyğur-müsəlmanların Çinə «daş atması»ndan qorxur
Məkkəyə göndərilmək üçün Bərbəra limanında yoxlanışdan keçəcək milyondan çox heyvan saxlanılır
Zəvvarlar üçün 100 min təhlükəsizlik əməkdaşı, 30 minlik tibbi personal, 300 ambulans, 4 helikopter ayrılıb
Harvi qasırğası Luiziyana ştatına istiqamət götürüb
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
Səudiyyə Həcc ziyarətinin öhdəsindən gələcəyini deyir
«Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlarla Qafqaz Müsəlmanları İdarəsi arasında müqavilə bağlanır. Artıq bu neçə ildir ki, belə davam edir». Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.
İdarədən vurğulayıblar ki, sənəd verən zəvvarlar sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər də orada yer alır. Əgər zəvvar ziyarətə 3 ay qalmış bundan imtina etsə, pulunu tam məbləğdə geri alır.
«İki ay qalmış ziyarətə getməkdən imtina etsə, bu, 50 faizə enir. Bir ay qalmış fikrini dəyişsə isə, pulunun 25 faizi qaytarılır», - deyə idarədən bildiriblər.
Azərbaycanda Həcc missiyasını Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Bu il fevralın 12-dən Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanıb. Verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14-i, 15-i və 16-da baş tutacaq. Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-nə planlaşdırılıb.
Bu il Həcc xərclərinin artdığı açıqlanıb. Hazırda ziyarət adambaşına 4150 dollardır. Ötən il ziyarət zəvvarlara 3580 dollara başa gəlmişdi.
Xatırladaq ki, 2017-ci il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb.
Son illər ölkədə Həcc ziyarətinə gedənlərin sayının azaldığı bildirilir. Hətta ötən il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, 2016-cı il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.
Bu il isə kvotada azalma gözlənilmir.
«Ölkədən nə qədər zəvvar getmək üçün müraciət edəcəksə, o qədər də zəvvar ziyarətə gedəcək. İyun-iyul aylarına kimi sənəd qəbulu davam edəcək», - deyə QMİ-dən bir müddət öncə bildirmişdilər.
Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu ilin avqustuna təsadüf edir.