Neft ucuzlaşır
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
23:10 | 1 may 2025 | Cümə axşamı
Məqaləyə 241 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Pezeşkian Vəhididən Xameneyiyə şikayət etmək istəyir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran nüvə danışıqlarını “hər kəs qazansın” modeli biznes razılaşması kimi təqdim etməklə ABŞ prezidenti Donald Trampı razı salmağı hədəfləyir.
CNN xəbər verir ki, İran ABŞ prezidentinin “müharibə əleyhinə, biznes tərəfdarı” imicindən istifadə edərək nüvə sazişini Trampın “Amerikanı yenidən zənginləşdirmək” vədini yerinə yetirmək üçün bir fürsət kimi təqdim edir.
Bildirilir ki, Tehran administrasiyası İranla müharibənin Amerika maliyyə sisteminə mənfi təsir göstərəcəyini və diplomatik güzəştin iqtisadi rifahı artıracağını göstərmək istəyir.
İranın xarici işlər naziri Abbas Araqçı ötən ay “The Washington Post” qəzetində dərc olunmuş məqaləsində İranın Amerika şirkətlərinin investisiyalarına açıq olduğunu bildirib: “Vaşinqtonda çoxları İranı iqtisadi cəhətdən qapalı ölkə kimi qələmə verir. Əslində, biz dünyanın hər yerindən biznesləri qəbul etməyə açığıq. Amerika bizneslərini iqtisadiyyatımıza daxil olmaq üçün trilyon dollarlıq fürsətdən saxlayan İran deyil, ABŞ administrasiyası və Konqresidir”.
Böyük Britaniyada yerləşən “Bourse & Bazaar Foundation” iqtisadi araşdırma mərkəzinin baş icraçı direktoru İsfəndiyar Batmangəlic deyib ki, İran rəsmiləri potensial müqaviləni Trampın prioritetlərinə uyğunlaşacaq bir iş fürsəti kimi təqdim etməyə çalışırlar.
Onlar bilirlər ki, Tramp sövdələşməni həyata keçirən şəxs olmaq istəyir. Onlar həmçinin aydın başa düşürlər ki, Tramp ABŞ iqtisadiyyatı üçün qalibiyyət kimi göstərə biləcəyi sövdələşmələr istəyir.
Təhlildə qeyd edilir ki, Tehran nüvə sazişini “hər kəs qazansın” modelinə uyğunlaşdırmaq üçün hətta nüvə enerjisi proqramına çıxışı açmağı düşünür. Araqçı aprelin 22-də “X” hesabında yazdığı bir yazıda Buşehr Atom Elektrik Stansiyasında daha 19 reaktor qurmağı planlaşdırdıqlarını və bunun "milyardlarla dollarlıq yeni iş müqavilələri deməkdir”, – deyib.
2015-ci ilin iyulunda İran və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalanıb. Beynəlxalq sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini nəzarətə götürən razılaşma 2016-cı ilin yanvarında qüvvəyə minib, Tehran beynəlxalq sanksiyalara məruz qalıb.
Lakin 2018-ci ildə Tramp birtərəfli qaydada sazişdən çıxdıqdan və İrana qarşı sanksiyaları yenidən tətbiq etdikdən sonra Tehran administrasiyası zənginləşdirilmiş uran ehtiyatını tədricən artıraraq uranı yüksək səviyyəyə qədər zənginləşdirməyə başlayıb.
2015-ci ildə imzalanan razılaşmadan sonra “Boeing”, “Total”, “Peugeot” və “Nestle” kimi Qərb şirkətləri İrana ilk daxil olanlar sırasında olub. “Boeing” İranın dövlət hava yolu şirkəti “Iran Air”ə 80 təyyarə satmaq üçün 16 milyard dollarlıq müqavilə imzalayıb. Lakin Trampın sazişdən çıxması ilə müqavilələr etibarsızlaşıb.
Təhlildə deyilir ki, nüvə sazişi imzalanarsa, ABŞ və İran arasında ticarət davam edə bilər və “Boeing” müqaviləsi yenidən gündəmə gələ bilər.
Tehran və Vaşinqton aprelin 12-də əvvəlcə Omanın paytaxtı Maskatda, daha sonra isə aprelin 19-da İtaliyanın paytaxtı Romada danışıqlar aparıblar. Tərəflər danışıqlarda irəliləyiş əldə olunduğunu bəyan ediblər. Sonuncu görüş aprelin 26-da Maskatda keçirilib, nümayəndə heyətləri mayın 3-də yenidən Romada görüşəcəklər.