
Tələbə və əmək bazarı
Dünyada və bizdə gənclərlə necə yola gedirlər?
Dünyada və bizdə gənclərlə necə yola gedirlər?
Tirajı 1000-ə çatmayan nəşrlərin qiyməti «zilə» çıxır
Azərbaycanda tələblər hansı imtiyazları istəyir?
Hansı tələbələr bu ada layiq bilinəcək
2014-cü il qəbul imtahanları may ayında keçirilə bilər, amma ...
... Ali məktəbdən imtina edən tələbələr hesabına
Bu il dövlət hesabına xaricdə təhsil alacaq tələbələrin sayı az qala son beş ildəki qədərdir
Bu il dövlət hesabına xaricdə təhsil alacaq tələbələrin sayı az qala son beş ildəki qədərdir
Bu il dövlət hesabına xaricdə təhsil alacaq tələbələrin sayı az qala son beş ildəki qədərdir
Bir dəfə dünyanın ən qədim universitetlərinin siyahısını paylaşmışdım. Bəzi dostlar filan universitet niyə bu siyahıda yer almadı deyə etiraz edir, “Top-100”ə daxil olmayan ali məktəblərin adını sadalayırdılar. Bu qəbildən sıralamalar hər zaman natamam qalır, çeşidli fikir ayrılığına səbəbiyyət verirlər – bunu hər birimiz bilirik.
Sosial şəbəkədə paylaşdım, reaksiya yenə eyni oldu.
Keçdim üstündən.
Mövzunun qapandığı qənaətinə vardım.
Ancaq bu gün qarşıma gözlənilmədən yeni bir siyahı, həm də nüfuzlu Oksford Universiteti tərəfindən tərtib edilmiş dünyanın ən qədim universitetlərinin adları çıxdı.
İlk beşlik belədir:
1. Zaituna Universiteti, Tunis (737-ci il)
2. Mərakeş Universiteti (859)
3. Əl-Əzhər Şərif, Misir (972)
4. Bolonya Universiteti (1088)
5. Oksford Universiteti (1096)
Buradan çıxan nəticələr təbii qəbul edilməlidir – İslam maarif mənbəyidir, elmə önəm verir və sairə. Bunları hər birimiz bilirik...Ancaq…
Ancaq burada başqa məqamlar da var.
Çalışacam korrekt şəkildə, fərqli məallara macal vermədən ifadə edim fikrimi…
Qədim olduğu deyilən hər üç təhsil ocağı məscidlərin nəzdindəki məktəblərdən başqa bir şey deyillər, yəni onlara dini məktəb, yaxud mədrəsə desək daha doğru olar.
Burada şagirdlərə sadəcə oxuyub-yazmaq və Quran öyrədirdilər.
Təhsil bunlarla məhdud idi.
Kimsə qalxıb “Quran elə Elmdir” deyə taftalogiyaya meyl etməsin. Söhbət cəbr, həndəsə, astronomiyanın tədrisindən gedir, Müqəddəs Kitabın içindəki dərin hikmət və fəlsəfədən deyil. Zatən Quran-i Kərimi sıravi mömin yorumlamağa acizdır.
Müqayisə etmək istəməzdim. Amma…
Romada tam təşkilatlı universitet – İmperator Adrian (lat.Hadrianus, 76 – 138) dövründə açıldı.
135-ci ildə – ərəblərin kədərli nəğmələr oxuyub, bütlərə sitayiş etdiyi vaxtlarda “Roma Ateniumu” yaranmışdı.
Burada ritorika, məntiq, fəlsəfə və hüquq öyrədirdilər.
İmperator Böyük Konstantinin dövründə Atenium (Athenaeum) Konstantinopolda da quruldu.
855-ci ildə Atenium Maqnavar Universitetinə çevrildi.
Maqnavar universitet olaraq həqiqətən də Avropanın ən qədimidir.
Bolonya və digər Avropa universitetləri də Maqnavar modeli əsasında yaradılıb.
Mədrəsələr də zamanla tədris edilən fənlərin sayını artırdılar, teologiyadan tibb və astronomiyaya da keçdilər.
Ancaq Avropadan çox-çox sonra…
O halda Oxford universitetinin belə bir siyahı tutmaqda məqsədi nə ola bilər?
“Yəni ingilislər avrosentrizmdən orientalizməmi keçirlər yoxsa”, – sualı barədə düşünür və təbəssüm edirəm.
Bu orientalizm həvəsilə Britaniya kral ailəsi bir vaxtdır Məhəmməd peyğəmbərlə aralarında qohumluq bağları axtarır. Bu qədər fantaziyalara niyə ehtiyac hiss edilsin ki?
Bəlkə Böyük Britaniyanın İslam Dünyası ilə flört etməsini Londonun Avrasiya ambisiyalarına yozaq?
Doğrusu, yozmaq istəyirəm.
Çünki Avropa Birliyi “buxov”undan qurtulandan bəri London filiqran bir texnika ilə Şərqin yeni perspektivini (oxu: xalısını) – Sem Əminin hörə bilmədiyi xalını ilgək-ilgək “hörməyə” başlayıb.