
“Tam çaxnaşma atmosferi var”
“Tramp administrasiyası universitetə qarşı “yəhudi tələbələrdən “peşka” kimi istifadə edir”
“Tramp administrasiyası universitetə qarşı “yəhudi tələbələrdən “peşka” kimi istifadə edir”
Tramp administrasiyası universitetinin beynəlxalq tələbələrin qəbulunu dayandırıb
Bir çox universitetin təhsili iş dünyasının tələbinə cavab vermir
Universitetlərdə tələbənin və dövlətin aldadılması baş verir
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
... Yaxud muxtariyyət, yoxsa 2.3 milyard dollar?
İngilislər avrosentrizmdən orientalizməmi keçir?
Trampın maliyyə təhdidi Harvardı maliyyə qaymağı axtarmağa vadar edib
Almaniyada tələbə evlərində otaq kirayələrinin qiymətləri
100 mindən aşağılar isə ...
Yaxud dünya təhsil günündə Azərbaycan təhsilinin vəziyyəti
12 illik hökümətin miqrant çarəsi yeni böhrana səbəb olub
Dünyada və bizdə gənclərlə necə yola gedirlər?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Uşaq yaradıcılıq müsabiqəsi
Azərbaycan Təhsil Nazirliyi ali məktəbi bitirən məzunlara fərqlənmə diplomunun verilməsi üçün tələb olunan əsas şərti açıqlayıb.
Təhsil Nazirliyinin rəsmi «facebook» səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu «əla», digərləri isə «yaxşı» olduğu halda onlara fərqlənmə diplomu verilir.
Nazirlər Kabinetinin 2010-cu il 23 aprel
tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət
standartı və proqramı»na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində
toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi
qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda «qeyri-kafi» - F, 51-60 bal
topladıqda «qənaətbəxş» - E, 61-70 bal topladıqda «kafi» - D, 71-80 bal
topladıqda «yaxşı» - C, 81-90 bal topladıqda «çox yaxşı» - B, 91-100 bal
topladıqda «əla» - A alır.
Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.