vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
Çörəyi tapdalamaq 23:18 | 8 may 2025 | Cümə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çörəyi tapdalamaq

Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Çörəyi dizinin üstündə olan nankor Kreml və onun arsız təbliğat maşını 1945-ci ildən bəri 80 ildir ki, Amerika Birləşmiş Ştatları II Dünya müharibəsində Sovetlərə ət konservi və mismar (тушёнкa и гвозди) xaricində yardım göstərmədi. Hətta bu gün belə “Müharibəni sovet xalqı uddu” deyəndə nəinki Antihitler koalisiyasına daxil olan Amerika, Böyük Britaniya, Fransa, Kanada və b. ölkələrin ordularının adını çəkib təşəkkür edirlər, heç aldıqları yardımdam belə bəhs etmirlər.

Naxələf, vəfasız, yaxşılığı itirən bolşevik “bıdlo”sundan nə gözləmək olardı ki...

ABŞ-ın Sovet İttifaqına yardımı nəhəng idi, bu yardım savaşın müqəddəratını həll etdi. İndiki valyuta ilə yardımın ümumi dəyəri astronomik idi – 180 000 000 000 dollar.

Yəni 180 milyard dollar!!!

Özünüz düşünün, Amerika olmasaydı Stalin bu müharibəni hansı resurslarla udacaqdı?

“Nefti və qazı ilə, ağır sənayesi, poladı və alüminimu ilə” deyə cavab verməyin, çünki belə şeyləri yox idi.

Strateji məhsul olan neftin 80 faizini Bakı neftçiləri verirdilər.

Savaş bitdi, ancaq simvolik “Qəhrəman şəhər” adını bilə Bakıya qıymadılar. Belə idi şovinist liderlərin ədalət anlayışı...

Bəzi detallar verəcəm, şok olacaqsınız:

– “Lend-Lease” çərçivəsində Sovetə 400 mindən çox yük maşını verdi Amerika. Qırmızı Ordunun hər üç hərbi maşınından biri ABŞ mənşəli idi. Maşınlar sadəcə bir nəqliyyat vasitəsi deyildilər, təchizatda, yaralıları təxliyə edir, artilleriya vasitələrini çəkirdi.

Onlar olmasaydı, Qırmızı Ordu elı Mogilyev əməliyyatında palçığa qərq olub batacaqdı;

– ABŞ Sovetlərə 14 mindən çox təyyarə (!), 7 min tank (!) verdi, ölkəyə yüksək keyfiyyətli texnoloji avadanlıqlar daxil idi;

– 400 min motosiklet, 8 min zenit silahı və on minlərlə xüsusi texnika göndərildi;

– ABŞ SSRİ-yə 350 min ton alüminium və 3 milyon ton polad yardımı etdi;

– Birləşmiş Ştatlar təkcə konservləşdirilmiş məhsullar və quru rasionlarla 4,5 milyon tondan çox ərzaq tədarükü etdi. Bu, müharibə dövründə gündə təxminən 12 milyon insanı qidalandıracaq bir həcmdir. Şəkər, un, ət və yağ yüz minlərlə insanın həyatını xilas etdi və ordunun döyüş qabiliyyətini dəstəklədi;

– SSRİ-nin dağıdılmış dəmir yolu şəbəkəsi fonunda ABŞ-ın təxminən iki min lokomotiv və 11 mindən çox vaqon göndərdi. Unutmayaq ki, rusların bu cür maşınların istehsalını müharibə illərində praktiki olaraq dayandırmışdı;

– 47 min Amerikalı Villis (Willys) cipləri Qırmızı Ordunun mobillik simvoluna çevrildi, Qələbə Paradında belə Jukov o maşına minmişdi...

Ölkənin sənayesi iflic vəziyyətə düşmüşdü, SSRİ-nin şərqindəki sənayenin fiziki cəhətdən bərpa etməyə və cəbhəni təmin etməyə nə imkanı vardı, nə də zamanı. Kənardan kömək olmasaydı məğlubiyyət qaçılmaz idi, özü də qısa bir zamanda. Bunu Stalin özü də anlayırdı. 1943-cü ildə Tehran konfransında o, birbaşa bildirdi ki, Lend-Lizin təchizatı olmasaydı, SSRİ müharibədə qalib gələ bilməzdi.

Stalinin bu sözlərini Çörçill və Ruzvelt dəfələrlə sitat gətirmişdi.

Ancaq sovet kitablarında, dərsliklərdə buna rast gələ bilərsizmi? Təbii ki, yox!

Müharibə zamanı ABŞ 335 milyon ton polad istehsal etdi, Bu, Sovet İttifaqından altı dəfə çox idi. Amerikalılar 830 milyon tondan neft çıxarmışdılar ki, bu da sovetdən səkkiz dəfə çoxdur. Ruslar 600 milyon ton kömür çıxardıqları halda ABŞ-ın kömür sənayesi iki milyard tondan çox istehsal etmişdi...

Hindulardan, latinoslardan, qaradərililərdən mənasız sənədli filmlər çəkən sovet dokumentalistikası 2-ci Cahan Hərbinin qədərini dəyişən bu tarixi yardımdan heç nə çəkməyib. Aspirant vaxtı bir rus tanışıma dedim ki, anan “Mosfilm”də işləyir, denən Amerikanın Detroit şəhərindən film çəksin – “Çünki Detroit zavodları hər gün minlərlə tank, təyyarə, lokomotiv buraxırdı, çörəyi tapdalamaq olmaz axı”.

Çörəyi tapdalamaq məsələsini izah etməyə macal tapmadım.

Ağzını əyib getmişdi...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)