
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
“Rusiya 1839-cu ildə” kitabı ölkəmiz haqqında ən “neqativ”, hətta ən “alçaldıcı” esselərdən biridir”. Vadim KOJİNOV, rus tarixçi və ədəbiyyatşünas
Astolf de Küstin (Astolphe de Custine, 1790 - 1857) – fransız yazıçısı və səyyahıdır. Rusiya haqqında 1843-də dərc etdiyi səyahət qeydlərini “Россия в 1839 году” (fr. “La Russie en 1839”) adlı kitabda toplayıb dərc etməklə rusların həqiqi portretini çəkmiş, bu əsəri ilə dünya şöhrəti qazanıb.
Çarlıq dövründə kitab zaman-zaman yasaqlanmış, buna rəğmən Avropa ölkələri qədər Rusiyada da geniş şəkildə yayılıb.
Bizim “uruskoyazıçnılar” bu kitabı bilməzlər. Çar I Nikolaydan tutmuş sıravi xalqa qədər yaxşı verilmədikləri üçün deyil, bizim indiki “obrazovolskilər” ancaq rusca danışmaqla öyünürlər, oxumaq, araşdırmaq, xüsusilə də düşünmək onların çoxuna yaddır.
Zatən bu yazını da bu üzdəniraq rusdilli “müasirlərimiz” üçün deyil, elə özümüz – Ana dilimizi sevənlər, onu ilahiləşdirənlər üçün yazıram. Çünki rus dilindən faydalı istifadə edənlər də elə onlardır…
“Россия в 1839 году” əsərini uzaq keçmişdə – aspirant vaxtı Moskvada bir çex qız vermişdi oxumağa. Həm də bircə günlüyünə.
Bərbad bir kserokopiya idi.
Doğrusu, çox da diqqətlə oxuya bilməmişdim.
Ancaq əsas xətləri ilə məğzini anlamışdım.
Bu gün rusların dünyaya necə fəlakətlər yağdırdığını məgərsə, Astolf de Küstin təxminən 200 il əvvəl görübmüş.
Bəlkə də elə buna görə indiki Rusiyada “Россия в 1839 году” kitabına münasibət çar dövründən fərqli deyil – məsələn, 2006-da çıxan kitab cəmi 5 min nüsxə ilə dərc olunub…
Deyəcəksiniz mösyö de Küstin hardan düşdü ağlına.
Təsadüfən, bir rus blogger de Küstindən sitat gətirmişdi.
Eləmədim tənbəllik, dedim qoy heç olmazsa, bir abzası Ana dilimizə uyğunlaşdırdım ki, daha çox insan tanış olsun:
“IV İvan Kremldə belə öldü və... inanmaq nə qədər çətin olsa da onu bütün xalq ağladı: zadəganlar və kəndlilər, şəhər əhalisi və ruhanilər, elə bir yas tutdular ki, sanki monarxların ən yaxşısı idi. İstəyərək və ya qeyri-ixtiyari təzahür edən bu kədər təzahürləri həyatları nemətlər zəncirindən ibarət olan monarxlar üçün çox da təsəlliedici deyildi. Gəlin dönə-dönə təkrar edək ki, təmkinli despotizm insan şüurunu sərsəmləşdirir. İyirmi il rus taxtında oturandan sonra mühakimə qabiliyyətini ya mələklər, ya da dahilər itirməz. Ancaq daha böyük heyrət və dəhşətlə tiranın dəliliyinın nə qədər yoluxucu olduğunu və monarxın arxasınca onun təbələrinin də asanlıqla ağıllarını itirdiyini görürəm; qurbanlar öz cəlladların ilə əlbir olurlar. Bu, Rusiyanın bizə verdiyi dərsdir”.
Astolf de Küstin, “Россия в 1839 году”, 1843