Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:18 | 16 dekabr 2022 | Cümə
Məqaləyə 8174 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-dakı Co Bayden administrasiyası 1963-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı minlərlə məxfi sənədləri açıqlayıb. Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) saytında sui-qəsdlə bağlı 12 875 yeni sənədi ictimailəşdirilib.
Açıqlanan sənədlərin əksəriyyətinin redaktə prosesində silindiyi görünsə də, Bayden bəzi sənədləri “kəşfiyyat fəaliyyətlərinə zərər verə bilər” səbəbiylə məxfi saxladı.
Bayden, qalan sənədlərin 30 iyun 2023-cü ilə qədər dərc olunacağını açıqladı.
***
Bu gün açıqlanan sənədlərin əksəriyyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid sənədlərdir.
Açıqlanan yeni sənədlərlə Kennedinin qətli ilə bağlı sənədlərin 95 faizi ictimaiyyətlə paylaşılıb.
***
ABŞ prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki işləri üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürüldü.
Ali Məhkəmənin sədri Erl Uorrenin apardığı araşdırmada sui-qəsdi həyata keçirən Li Harvi Osvaldın təkbaşına hərəkət etdiyi qənaətinə gəlinib. Lakin istintaqın natamam olduğu iddiası ilə tənqid edilib və sonradan Konqresdə yaradılmış komissiya bu sui-qəsdin bir neçə iştirakçısının ola biləcəyini bəyan edib.
NARA, 1992-ci il qanununun tələb etdiyi kimi, sui-qəsdlə bağlı çoxlu sayda məxfi olmayan sənədləri yayımlamışdı.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə 2017 və 2018-ci illərdə milli təhlükəsizlik baxımından bəzi sənədləri məxfi saxlayarkən minlərlə məxfi sənədi üzə çıxarıb. Bayden administrasiyası isə keçən il dekabrın 15-də minlərlə sənədi təqdim etdi.