
Matryoşka kimi kainatlar
Biz bir qara dəliyin içində yaşayırıq?
Biz bir qara dəliyin içində yaşayırıq?
Yaxud Nobel mükafatı laureatı imtahanı necə verdi?
... Həyatın izi ola bilər?
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
İngilis kosmoloqu Stiven Hokinq 2018-ci ilin martında ALS xəstəliyindən vəfat etdi. Lakin o, insanlığın gələcəyi ilə bağlı təəccüblü xəbərdarlıqlarla dolu bir miras qoydu. 2017-ci ildə Pekində keçirilən “Tencent WE” Sammitində etdiyi çıxışında dünya əhalisinin artımı və iqlim böhranının 2600-cü ilə qədər planetimizi yaşayış üçün yararsız hala sala biləcəyini proqnozlaşdırmışdı. Hokinq bu fəlakətli ssenarinin qarşısını almağın yeganə yolunu da açıqlamışdı.
“Science-et-vie.com” saytındakı xəbərə görə, Hokinqə görə dünya əhalisi hər 40 ildən bir iki dəfə artır. Bu sürətlə 2600-cü ilə qədər insanlar “çiyin-çiyinə” yaşamağa başlayacaq.
Alimlərin vurğuladığı kimi, həddindən artıq əhali təzyiqi və qlobal istiləşmənin birləşməsi planetimizi yaşayış üçün yararsız hala gətirə bilər.
Hokinq bildiribmiş ki, bu təhlükənin qarşısını almaq üçün cəmi 575 il qalıb.
Dünyanın xilas ola bilməyəcək qədər zədələndiyini düşünənlərlə “hələ vaxt var, tədbir görək” deyənlər arasında mübahisə getdikcə dərinləşir.
Hokinq isə ümidli idi: “Biz bu mümkün apokalipsisin qarşısını ala bilərik və bunun yolu kosmosa köçməkdir”. Onun fikrincə, bəşəriyyət bu gün yeni yaşayış sahəsi axtarışına başlamasa, sabah çox gec olacaq.
İlon Maskın Marsda məskunlaşma planı Hokinqin işarə etdiyi ilk addım ola bilər. Uzunmüddətli perspektivdə Qırmızı Planeti və ondan kənarda yaşayış üçün dünyaları əlverişli hala çevirmək lazımdır. Ancaq aydındır ki, müasir mühəndislik və biotexnologiya hələ bu miqyasda hazır deyil.