
Hər şeydən əvvəl cazibə vardı ...
... Yaxud bəşəriyyətə tarixi bir çağırış
... Yaxud bəşəriyyətə tarixi bir çağırış
... Yaxud duellərin sayını azaldan riyaziyyatçı
Məzarı Çanaqqalada ingilis dahisi
ABŞ-da dünya şöhrəti qazanan bacı, Rusiyada güllələnən qardaş Nyoterlər
Bütün təhsil prosesi bir nöqtəyə – bal toplamağa fokuslanıb
Eynşteyinin məşhur fotosunun və riyazi simvolun yaranma tarixi
Qravitasiya indiki vəziyyətdən bir qədər yüksək və ya aşağı olsaydı ...
Nüvə fizikasında təməlqoyma addımı
Nəzəri cəhətdən mümkündür, amma ...
Dəli dahilər, yoxsa dahi dəlilər?
Gələcək Elmlə Gələcək!
...Yaxud Nyutonla Eynşteyni birləşdirən nədir?
Hətta iqtidarlar belə elmin tərəqqisinə mane ola bilmirlər (Leszek Kumor)
Elmlər doktoru alanların yaşı 60-dan yuxarı başlayır
Dünyaya təsir gücünə görə ən qüdrətli rəqəmin yaranması üçün 2 min il lazım olub
«Azərbaycanda alimlər mədəni olaraq türmə vəziyyətində saxlanılır»
Biliyin 5 qaynağı var:
1. Fizika - ölçüsü elmi təcrübədir
2. Ağıl - ölçüsü məntiqdir
3. İntuisiya - ölçüsü yoxdur
4. Dedi-qodu - ölçüsü yoxdur
5. Metafizika - ölçüsü yoxdur
Tarixdəki bütün fəlakətlərdən çıxarılacaq bir dərs var: “Tarixdə ancaq elmə, elmi təcrübəyə və məntiqə önəm verən cəmiyyətlər qalacaqlar”.
***
Bu gün əziz müəllimim, görkəmli riyaziyyatçı, akademik Asəf Haciyevlə axşam yeməyində bir yerdəyik.
Asəf müəllim hazırda mərkəzi İstanbulda yerləşən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibidir.
Bir şəhərdə yaşasaq da olan Asəf müəllimi İstanbulda tapmaq müşkül məsələdir – ezamiyyətlər, beynəlxalq tədbirlər, bitmək bilməyən görüşlər və s.
Neçə vaxtdır görüşüb söhbətləşməyə uyğun zaman axtarırdıq.
Nəhayət, iki gün əvvəl zəng edib “27 marta proqramın nədir?” söyləyəndə cavabım “Proqramım bütün proqramlarımı ləğv etmək” deyə cavab verdim.
Bu sabah Asəf müəllimin görüşümüzü niyə məhz 27 marta saldığını anladım.
Axı bu gün “Elm günü”dür…
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 27 mart 1945-ci ildə təsis olunub.
2018-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Elm günü” təsis edilib.
Başda əziz müəllimlərim olmaqla əsil alimlərimizi ürəkdən təbrik edir, zehin açıqlığı və uzun ömür arzulayıram.
Alim adını yüksək tutan, sabaha işıq saçan bütün elm adamlarının bayramı mübarək olsun!