Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
20:39 | 21 may 2025 | Çərşənbə
Məqaləyə 228 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Orta əsrlərdə kimyagərlər qurğuşunu qızıla çevirməyi xəyal edirdilər. Ancaq bu arzu heç vaxt gerçəkləşmədi. Müasir elm bunun səbəbini artıq açıqlayıb. Qurğuşun və qızıl fərqli kimyəvi elementlərdir və kimyəvi üsullarla bir-birinə çevrilə bilməzlər. Lakin Cenevrədəki CERN tədqiqat mərkəzində çalışan elm adamları kimyagərlərin edə bilmədiklərinə nail oldular: Onlar qurğuşunu qızıla çevirdilər.
***
Bugünkü bilik kimyagərlərinkindən daha əhatəlidir. 20-ci əsrdə nüvə fizikasının inkişafı ilə aydın oldu ki, ağır elementlər (məsələn, qurğuşun və qızıl) laboratoriya şəraitində bir-birinə çevrilə bilər. Bu çevrilmə radioaktiv parçalanma və ya hissəciklərin bombardmanı ilə əldə edilə bilər. CERN-dəki ALICE tədqiqat əməkdaşlığı indi yeni mexanizm vasitəsilə qurğuşunun qızıla çevrilməsini müşahidə edib.
***
CERN-dəki Böyük Adron Kollayderi (LHC) işıq sürətinə çox yaxın sürətlə qurğuşun nüvələrini toqquşduran hissəcik sürətləndiricisidir. Bu toqquşmalar Böyük Partlayışdan dərhal sonra kainata bənzər isti və sıx maddə şəraiti yaradır. Lakin qurğuşun nüvələri toqquşmaq əvəzinə bir-birini azca qaçırarsa, çox güclü elektromaqnit sahələri fotonlarla nüvələr arasında qarşılıqlı təsir yaradır.
Bu qarşılıqlı təsirlərdə bir neçə proton və neytron qurğuşun nüvəsindən (82 protondan ibarətdir) ayrıla bilər. Qızıl nüvəsi 79 protondan ibarət olduğundan, qurğuşundan qızıl əldə etmək üçün üç protonu çıxarmaq lazımdır. ALICE komandası bu cür qarşılıqlı təsirlərdə sıfırdan üçə qədər protonun və ən azı bir neytronun atıldığı hadisələri saydı. Bu proseslər zamanı qurğuşun, tallium, civə və qızıl nüvələri əmələ gələ bilər. Mövcud şəraitdə LHC saniyədə təxminən 89.000 qızıl nüvəsi yarada bilər.
***
Komanda izah edir ki, bu qızıl düşünüldüyü kimi qalıcı deyil, "Qızıl nüvələr toqquşmadan çox yüksək enerji ilə ayrılır və LHC-nin şüa borusuna və ya kollimatorlarına dəyirlər. Bu toqquşmadan sonra onlar saniyənin kiçik bir hissəsi ərzində protonlara, neytronlara və digər hissəciklərə parçalanırlar. Qızıl yalnız çox qısa müddət ərzində mövcuddur olur”.
2015 və 2018-ci illər arasında ikinci LHC əməliyyat dövründə bu şəkildə təxminən 86 milyard qızıl nüvə istehsal edildi. Lakin bu, cəmi 29 pikoqrama bərabərdir (bir pikoqram qramın trilyonda biridir) – zərgərlik və hətta qızıl sikkə etmək üçün kifayət deyil. Orta əsrlərin böyük arzusu elmi cəhətdən reallaşsa da, heç kimi zənginləşdirəcək səviyyədə deyil.