
“Putin bizə gülür”
Boris Conson da Trampdan üz döndərdi
Boris Conson da Trampdan üz döndərdi
“ABŞ prezidenti sadəcə sizi şoka salmağa çalışır”
Vəzifədən getməsi Boris Consona düşüb
Ukrayna Consona təşəkkür edir, “London sizinlədir” deyir
Consonun istefasını geosiyasi savaşla nə bağlayır?
“Siyasətdə heç kim əvəzedilməz deyil”
Nələr gözlənilir?
Amma payıza qədər baş naziri vəzifəsini davam etdirəcək
İngiltərə siyasətində qalib dövlət başçısının öz partiyası tərəfindən devirilməsi adiləşib
Boris Conson Putin haqda: “Bu, onun Ukraynada etdiyidir”
Ağır silahlar, HHM sistemləri, Rusiyaya qarşı yeni sanksiyalar və təhlükəsizlik qarantiyaları müzakirə edilib
Etimad səsverməsi Mühafizəkar Partiyasından olan azı 54 millət vəkili istəmişdi
Nazirlərinin iştirakı ilə 2+2 formatda görüşlər gözlənilir
Britaniya baş naziri “BBC”nin yaydığı fotoların güdazına gedib
Britaniya-Rusiya davası böyüyür
Boris Conson Kiyevə sürpriz səfəri zamanı Zelenski və Ukraynanın müdafiəçilərini tərifləyib
Boris Consonun istefası, Mühafizəkarlar partiyasına yeni liderin və nəticə olaraq da Böyük Britaniyaya yeni Baş Nazirin seçilməsi bu ölkənin Rusiyaya qarşı siyasətini kökündən dəyişməyəcək, amma bütün Qərb ölkələrinə dərs olacaq ki, öz səhv, yanlış siyasətlərini Rusiyanın “ayılığı”, vəhşiliyi və aqressiyası ilə ört-basdır etməsinlər.
Son illər Qərbdəki liderlik böhranı, “kovid-faşizm” kimi yeni fenomen, ağılsız qapanmalar, iqtisadiyyatın göz görə-görə çökdürülməsi, dünyaya 17 trilyon dollar pul səpilməsi bəşəriyyəti yeni, daha böyük iqtisadi durğunluqla üz-üzə qoyub. Artıq pul çapı ilə bu böhrandan çıxmaq mümkün olmayacaq, artıq mütləq uduzanlar, bankrot olan şirkətlər, ölkələr, insanlar olacaq, yeni böhran dalğası Qərb iqtisadi modelini də sual altına qoyur – çünki, son illər Qərb dəyərlərinə, rəqabətə, hüquqa, məntiqə, biznes təfəkkürünə, tələb-təklif qaydalarına söykənən işlək bir modeli bəzi çevrələr, özü də “kommunist-faşist” təşəkkürlü, amma özünü nədənsə “liberal” adlandıran çevrələr darmadağın etdilər. Orta sinfə qarşı “səlib yürüşü” başlandı, böyüməyi təşviq edən “istehlak modeli” dağıdıldı, ağılla, strateji baxışla görülməli olan işlər mənasızcasına sürətləndirildi, nəticədə Rusiya və Çin kimi ölkələr gücləndi, Qərb isə yeni model axtarışında yolunu azdı.
Cəmi 15 il öncə Almaniya kimi ağıllı sistemi, cəmiyyəti olan ölkə məntiqsizcəsinə, populistcəsinə “yaşıl, bərpaolunan enerji” keçidinə getməklə atom elektrik stansiyalarını bağladılar, halbuki, AES-lər ekoloji ziyanlı deyil, necə ki, bu ilin əvvəli Avropa Birliyi Atom enerjisini “yaşıl” siyahıya saldı, amma gec oldu, Almaniya Rusiya qazından və neftindən o qədər asılı vəziyyətə düşdü ki, indi tərpənə bilmirlər. Rusiya isə bu mövzunu qəsdən gündəmdə saxladı, Avropanın “yaşıllarına” və “millətçilərinə” açıq-gizli maddi dəstək göstərdi, pul buraxdı ki, bu mövzu aktuallaşsın, Avropanın Rusiyadan asılılığı artsın. İndi də Qərb Rusiyanın neft-qazına məhdudiyyətlər qoyur, nəticədə öz ölkələrində qiymətlər artır, inflyasiya partlayır, əhali narazı qalır.
Bu gün Rusiyanın taktikası və strategiyası böhranı dərinləşdirərək Avropa və ABŞ-ı daha pis vəziyyətə salmaqdır. Qərbin ən güclü yeri də, ən zəif nöqtəsi də eynidir – demokratiya və seçki. Əhalinin vəziyyəti pisləşdikcə seçkilərdə anti-rusiya “partiyaları” uduzmağa başlayacaq, Putinin isə belə dərdi yoxdur – ümumiyyətlə avtoritar diktatorların seçki dərdi olmaması onları daha rahat davranmağa sövq edir. Bir sözlə, Conson məsələsi maraqlı və dərs çıxarılmalı mövzudur...