Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:01 | 17 iyun 2022 | Cümə
Məqaləyə 1177 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Trampın mövqeyində “U” dönüşü Zelenskini də təəccübləndi
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Britaniyanın baş naziri Boris Conson iyunun 17-də əvvəlcədən elan etmədən Kiyevə gəlib. Conson burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Bu görüşdən fotoları sosial şəbəkələrdə həm Zelenski, həm də Conson paylaşıblar.
Bu, Boris Consonun Kiyevə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlanandan bəri ikinci səfəridir.
O bundan əvvəl Kiyevdə aprelin 9-da olub. Onda Rusiya qoşunları bir neçə gün idi ki, Kiyev ətrafından geri çəkilmişdi.
Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak deyib ki, danışıqlarda Ukraynaya ağır silahların və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin verilməsi, Ukraynaya dəstək, Rusiyaya qarşı yeni sanksiyalar və təhlükəsizlik qarantiyaları müzakirə edilib.
***
Conson Britaniya hökuməti adından Ukrayna hərbçilərinə Britaniya ərazisində təlim keçilməsi proqramını təklif edib. Baş nazirin sözlərinə görə Britaniya dörd ay ərzində 10 minədək Ukrayna hərbçisini təlimləndirə bilər.
Conson qeyd edib ki, London bu müharibədə dönüşə nail olunmasını istəyir. Britaniya Rusiyanın hərəkətlərinə münasibətdə çox kəskin mövqe tutur.
London indiyədək Kiyevə bir neçə yüz milyon dollarlıq silah verib və silah təchizatını daha da artırmaq niyyətindədir. Britaniya rəsmiləri daim bəyan edirlər ki, Ukraynanın dəstəklənməsindən məqsəd onun bu müharibədə qələbəsini təmin etməkdir.
Bundan bir gün əvvəl Kiyevə Avropa İttifaqının dörd üzvü – Almaniya, Fransa, İtaliya və Rumıniyanın liderləri səfər etmişdilər.