Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
16:55 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 544 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna prezidenti Vladimir Zelenskinin 3 sentyabrda qüvvəyə mindirdiyi qanunla keçmiş yüksək vəzifəli diplomatların xaricə səfərləri qadağan edilib.
Keçmiş Ukrayna xarici işlər naziri Dmitri Kuleba dünən “Corriere della Sera”ya verdiyi müsahibədə bu qərardan narazılığını ifadə edib.
5 sentyabr 2024-də vəzifəsindən ayrılan Kuleba bildirib ki, qanun çox az sayda diplomatı hədəf alır və onlardan biri də odur. O, bunu saray çevrələrində sovet düşüncəsinin davamı kimi xarakterizə edib: “Bu məntiqə görə, əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, avtomatik olaraq dövlətə qarşı sui-qəsd quran agent sayılırsınız”.
İtaliya mediası Kulebanın Polşada olarkən belə dediyini yazıb: “Əslində Zelenski və çevrəsi bizim xaricə gedib hökumətin siyasətinə zidd ola biləcək sözlər deməyimizi istəmir. Hesablarıma görə, bu addım mənim kimi təxminən 20 nəfəri hədəfə alır. Öz ölkəmdən gecəyarısı bir oğru kimi qaçmaq məcburiyyətində qalacağımı heç düşünməzdim”.
44 yaşlı siyasətçinin sözçüləri isə onun dediklərinin səhv çatdırıldığını “Hromadske”yə açıqlayıb. Məlumata görə, Kuleba əvvəlcədən planlaşdırılmış Cənubi Koreya səfəri öncəsi Polşaya keçib və 20 sentyabrda ölkəsinə qayıdacaq.
Mart 2020-dən XİN rəhbəri vəzifəsini icra edən Kuleba istefa verdikdən sonra Ukrayna mediası Zelenskinin “Qərbdən kifayət qədər silah ala bilmədiyi üçün ondan narazı” olduğuna dair xəbərlər yayımlamışdı.
Digər tərəfdən, Macarıstanın baş naziri Viktor Orban Ukraynanın gələcəyi ilə bağlı diqqətçəkən iddia səsləndirib.
Ölkənin “Magyar Nemzet” qəzetinin məlumatına görə, Orban Ukraynanın Rusiya nəzarətində olan bölgə, hərbsizləşdirilmiş zona və Qərb bölgəsi olmaqla üç hissəyə bölünəcəyini iddia edib.
62 yaşlı siyasətçi Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəldiyini və Avropa Birliyinin zəif qaldığını söyləyib.
O, Ukraynanın artıq bölünməyə başladığını vurğulayaraq, “Rusiyanın nəzarətində olan bölgə artıq mövcuddur və bugünkü müzakirə sadəcə bu bölgənin neçə vilayəti əhatə etməli olduğu ilə bağlıdır”, – deyib.
Orban həmçinin AB-nin də “parçalanma prosesi” yaşadığını iddia edərək, “Əsaslı dəyişiklik olmazsa, bu AB-nin son büdcəsi olacaq”, – deyib.