
Lukaşenkodan Trampa jest
Belarusda 52 məhkum əfv edildi
Belarusda 52 məhkum əfv edildi
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Trampdan Putinə “Soyuq müharibə” göndərməsi
Makron Putinin səmimiyyətinə inanmır
Ağ Ev zirvəsindən çıxan 4 əsas nəticə
Zelenski: “Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq”
Tramp Zelenskini Ağ Evin qarşılayıb
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Etirazlar Kiyevi qərarını dəyişməyə məcbur etdi
Zelenski sənədi imzaladı
Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampla görüşüb
Ukrayna ABŞ-la müdafiə və ticarət sahəsində əməkdaşlıq istəyir
Üç ay əvvəl Oval kabinetdə mübahisələri olmuşdu
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
Lukaşenko Zelenskini təhqir edib
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın müharibə ilə bağlı mövqeyini dəyişməsinə təəccübləndiyini bildirib.
Tramp, BMT Baş Assambleyasında Fransa prezidenti Emmanuel Makronla görüşündə Ukraynanın itirdiyi torpaqları geri almalı olduğunu deyib. ABŞ lideri müharibənin heç başlamamalı olduğunu vurğulayaraq, “Bu dəhşətli müharibə çoxdan bitməli idi, Rusiya buna son qoymalı idi”, – deyib.
Tramp həmçinin Rusiyanın 4 ilə yaxın davam edən döyüşlərə baxmayaraq qələbə qazana bilmədiyini qeyd edərək, “Əslində göründüyü qədər güclü deyil. Qoy Ukrayna torpaqlarını geri alsın”, – deyib. Daha sonra “Truth Social” hesabında paylaşım edən ABŞ prezidenti Avropa Birliyinin də dəstəyi ilə Ukraynanın mübarizə apararaq ərazi bütövlüyünü bərpa edə biləcəyini bildirib.
Uzun müddət Kiyevin sülh danışıqlarında güzəştə getməli olduğunu müdafiə edən Trampın qəfil mövqe dəyişikliyi diqqət çəkib.
Zelenski isə “Fox News”a müsahibəsində ABŞ prezidentinin açıqlamalarının onu təəccübləndirdiyini etiraf edib. O, Trampın torpaq güzəştləri ilə bağlı mövqeyini dəyişməsinin müharibənin sonlanmasına təkan verə biləcəyini deyib. Xatırladaq ki, fevralda Oval ofisdə Zelenski ilə Tramp arasında yaşanan gərgin müzakirələr beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olmuşdu.
Avqust ayında Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə Alyaskada görüş keçirmiş, lakin həmin görüşə Zelenskini dəvət etməmişdi. Lakin Ukrayna lideri son açıqlamasında “artıq Tramp ilə münasibətlərinin daha yaxşı olduğunu” bildirib. ABŞ prezidenti də BMT çərçivəsində ikili görüşdə Zelenskini “çox cəsur adam” adlandıraraq tərifləyib.
ABŞ dövlət katibi Marko Rubio isə ABC kanalına açıqlamasında, Putinin barış istiqamətində addım atmamasının Trampı “dərin məyus etdiyini” bildirib. O, Moskvanı zəruri addımlar atmağa razı salmaq üçün danışıqların davam etdiyini vurğulayıb.