ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
09:39 | 20 avqust 2025 | Çərşənbə
Məqaləyə 396 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Fransa Prezidenti Emmanuel Makron, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında planlanan görüşə dair ehtiyatlı mövqedədir. Makron Vaşinqtonda keçirilən Ukrayna zirvəsinin ardından verdiyi açıqlamada, planlanan görüşün irəliləyiş olduğunu, amma Putinin səmimiyyətinə şübhə ilə yanaşdığını bildirdi.
“Nəticələrin qəti olacağını düşünürəmmi? Çox ehtiyatlıyam” deyən Makron işin hələ bitmədiyini vurğuladı. Qələbənin elan edilməsindən hələ çox uzaq olduqlarını qeyd edən Makron, “Öz adımdan Rusiya Prezidentinin sülh iradəsinin səmimiyyətindən böyük şübhə duyuram. Çünki o, savaşla qazana biləcəyini düşündüyü müddətcə mübarizə aparmağa davam edəcək”, – deyib.
Putinin son məqsədinin mümkün qədər çox torpaq ələ keçirmək olduğunu bildirən Makron ABŞ Prezidenti Donald Trampın isə Putinin bir sülh sazişi istədiyinə inandığını qeyd etdi. Makron, “Amma proses irəliləməzsə, hamımız razıyıq ki, sanksiyaların artırılması və Rusiyaya daha çox təzyiq göstərilərək danışıqlar masasına qaytarılması üçün sərt mövqe göstərilməlidir”, – deyib.
Təhlükəsizlik zəmanətləri məsələsinə də toxunan Makron güclü Ukraynaya ehtiyac olduğunu vurğuladı.
“Rusları tanıyırıq”
Ukraynanın Almaniyadakı səfiri Aleksi Makeyev də Vaşinqtondakı zirvədə əldə edilən razılaşmaya şübhəli yanaşıb. Alman ZDF kanalına açıqlama verən səfir, “Dünən Vaşinqtonda çəkilən şəkillər həqiqətən çox yaxşı idi. Bu, demokratik dünyanın birlikdə durduğunu göstərir”, – deyib. Makeyev Ukraynanın Rusiyaya torpaqlarını sülh çərçivəsində verib-verməyəcəyi sualına isə bunun ölkəsi üçün çətin olduğunu bildirdi.
Səfir, “Məsələ yalnız torpaq məsələsi deyil. Bu bir kompüter oyunu deyil, belə bir şeyi edə bilməzsiniz. Orada milyonlarla ukraynalı yaşayır” deyərək, bu insanların bu gün Rusiya işğalı altında olduğunu qeyd edən Makeyev, “Gəlin görək Putin bu məsələdə güzəşt edəcək, yoxsa yenə vaxt qazanmağa çalışacaq”, – sualını verib.
“Rusları tanıyırıq. Müxtəlif işçi qrupları və komitələr yaradaraq uzun müzakirələr aparırlar. Eyni zamanda Rusiya, xəbərlərdə də bildirildiyi kimi, hər gün bombalar və raketlərlə bizə hücum edir”, – səfir vurğulayıb.
Putin-Zelenski görüşünü Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp, Avropa liderləri və NATO Baş katibinin iştirak etdiyi Ukrayna zirvəsindən sonra öz sosial media hesabı “Truth Social”da Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikili bir görüşün nəzərdə tutulduğunu və bu görüşdən sonra üçlü görüşün keçiriləcəyini bildirmişdi.
Ukrayna zirvəsindəki danışıqlar mənbələrinə əsaslanan bəzi xəbərlərə görə, sözügedən görüş Putin tərəfindən təklif olunmuşdu.