Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
21:16 | 28 mart 2025 | Cümə
Məqaləyə 367 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“Bloomberg” agentliyi və “The Financial Times” qəzeti 27 mart tarixində ABŞ və Ukrayna arasında yeni faydalı qazıntılar sazişi layihəsinin təfərrüatlarını dərc ediblər. Bildirilir ki, bu sənəd Vaşinqton tərəfindən 23 martda İrəvana təqdim olunub. Hər iki nəşrin məlumatı, 27 martda Ukrayna Ali Radasının deputatı Yaroslav Jelejnyak tərəfindən açıqlanan 58 səhifəlik layihənin detalları ilə böyük ölçüdə üst-üstə düşür.
ABŞ-ın hazırladığı layihə aşağıdakıları nəzərdə tutur:
Saziş Ukraynanın bütün ərazisindəki təbii resurslara, o cümlədən neft və qaz yataqlarına şamil olunacaq.
ABŞ-a faydalı qazıntıların işlənməsi ilə bağlı infrastruktur — avtomobil və dəmir yolları, limanlar, mədənlər və emal zavodlarına yatırılan investisiyalara nəzarət səlahiyyəti veriləcək.
ABŞ, yaradılacaq xüsusi investisiya fonduna köçürülən gəlirlərdən birinci tələb etmək hüququna malik olacaq. Bu fond gəlirləri iki ölkə arasında bölüşdürəcək.
Vaşinqton 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı müdaxiləsindən sonra Ukraynaya verilən “maddi və maliyyə yardımlarını” fonda öz payı kimi hesab edir.
Ukrayna təbii resurslar və infrastruktur sahəsindəki bütün yeni layihələrdən əldə olunan gəlirlərin 50%-ni fonda yönəltməlidir. ABŞ, öz yatırımlarının geri qaytarılmasına qədər bütün gəlirə və illik 4% əlavə gəlirə sahib olacaq.
Bütün vəsait dərhal valyutaya çevrilərək xaricə köçürüləcək, gecikmə və ya mübahisə halında Ukrayna kompensasiya ödəməli olacaq.
İnvestisiya fondunu ABŞ-ın Beynəlxalq Maliyyə Korporasiyası (DFC) idarə edəcək. DFC beş nəfərlik müşahidə şurasına üç üzv, Ukrayna isə iki üzv təyin edəcək. DFC qərarları bloklamaq hüququna malik olacaq. Ukrayna fondun idarəçiliyinə qarışa bilməyəcək.
ABŞ infrastruktur layihələrində üstün hüquqlara malik olacaq. Ukrayna bütün layihələri vaxtında fondun baxışına təqdim etməli və onları başqa tərəflərə “daha sərfəli şərtlərlə” ən azı bir il ərzində təklif edə bilməyəcək.
ABŞ hökuməti Ukraynanın metal, faydalı qazıntı, neft və qazını kommersiya şərtləri ilə digər ölkələrdən əvvəl almaq hüququ əldə edəcək, fondun layihəni maliyyələşdirib-maliyyələşdirməməsindən asılı olmayaraq. ABŞ bu resursların digər ölkələrə satışını vetolamaq hüququna malik olacaq.
Sazişin müddəti müəyyən edilməyib, lakin Ukraynaya ən mühüm faydalı qazıntıları ABŞ-ın “strateji rəqiblərinə” satmaq qadağan ediləcək.
Bu layihədə ABŞ Ukraynaya heç bir təhlükəsizlik təminatı təklif etmir.
Sənəd hələ də müzakirə mərhələsindədir və yekun variantda dəyişikliklər mümkündür. Məlumata görə, Ukrayna bu həftə – 30 martadək öz düzəlişlərini hazırlaya bilər.
ABŞ sazişin yaxın günlərdə imzalanacağını gözləyir. Lakin Kiyevdə bu barədə şübhələr var. ABŞ maliyyə naziri Skott Bessant 26 martda bildirib ki, Ukrayna sazişi artıq gələn həftə — 31 mart–6 aprel tarixlərində imzalaya bilər. Lakin FT-yə danışan üç ukraynalı rəsmiyə görə, bu tarixlərdə imzalanma ehtimalı azdır. Onlardan biri ABŞ-ın təklifini “ədalətsiz”, digəri isə “soyğunçuluq” adlandırıb. Üçüncü mənbə qeyd edib ki, sənədi öyrənmək üçün hüquqşünaslar qrupu cəlb olunub.
Ukraynalı yüksək vəzifəli şəxslər ABŞ-ın təklifinin ölkənin suverenliyinə zərər verə biləcəyini və Kiyevin Vaşinqtondan daha da asılı hala gələcəyini bildiriblər. Həmçinin ehtimal edilir ki, gələcəkdə sənədə atom elektrik stansiyaları ilə bağlı müddəalar da əlavə oluna bilər. Hazırkı layihədə bu barədə qeyd yoxdur.
Ukrayna prezidenti Volodimir Zelenski 27 martda Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın hazırladığı sənəd “ətraflı öyrənilməlidir” və şərtlər danışıqlar prosesində “davamlı olaraq dəyişir”.
Zelenskinin sözlərinə görə: “Hələlik bu saziş barədə danışmaq tezdir, çünki sənədin variantı dəfələrlə dəyişib. Amma mən istəməzdim ki, ABŞ elə düşünə ki, Ukrayna buna ümumilikdə qarşıdır. Biz həmişə əməkdaşlığa açıq olduğumuzu, müsbət siqnallar verdiyimizi göstərmişik. ABŞ-dan gələn yardımların və ya kəşfiyyat məlumatlarının paylaşımının dayandırılmasına səbəb olacaq siqnallar vermək niyyətində deyilik.”
Prezident əlavə edib ki, hələlik ABŞ-a səfər planlaşdırılmır: “Belə bir məsələ gündəlikdə yoxdur.”
ABŞ Maliyyə Nazirliyi Bloomberg-ə bildirib ki, Vaşinqton sazişin tezliklə bağlanmasına və Ukrayna ilə Rusiya üçün dayanıqlı sülhə nail olunmasına sadiq qalır. ABŞ-ın Milli Təhlükəsizlik Şurası isə şərh verməkdən imtina edib.
Ukrayna və ABŞ prezidentlərinin 28 fevral tarixində Vaşinqtonda keçiriləcək görüşündə faydalı qazıntılar üzrə çərçivə sazişinin imzalanması planlaşdırılsa da, Donald Tramp, onun vitse-prezidenti Cey Di Vens və Volodimir Zelenski arasında baş verən mübahisə səbəbindən mərasim ləğv edilib və Ukrayna prezidenti Ağ Evi vaxtından əvvəl tərk edib.