Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:32 | 21 fevral 2025 | Cümə
Məqaləyə 541 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Tramp Ukrayna prezidenti Vladimir Zelenskini zəif danışıq aparan və “səriştəsiz” kimi ələ saldı, qeyri-dəqiq sorğu nəticələrinə əsaslanaraq onun reytinqini şübhə altına aldı və Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalına görə Kiyevi günahkar göstərdi.
Bu, ABŞ və Rusiyanın Ukraynanın iştirakı olmadan müharibəni bitirmək üçün birbaşa danışıqlara başlamasından sonra baş verdi.
Ukraynanın müttəfiqi olan sadiq Britaniyanın keçmiş baş naziri Conson isə Trampı tərifləyərək ABŞ prezidentinin müdafiəsinə qalxıb. O, Trampın bəzi son iddialarına etiraz etdi – lakin deyib ki, Avropa dövlətləri bunları ciddi mövqedən çox danışıqların bir hissəsi kimi görməlidir.
Conson “X”dəki paylaşımında, “Biz avropalılar nə vaxt Donald Trampla bağlı qalmaqallara son qoyacağıq və ona bu müharibəni sona çatdırmağa kömək etməyə başlayacağıq?”, – yazıb.
Boris Conson Avropa liderlərini Donald Trampın öz ölkələrinin işğalına görə ukraynalıları ittiham etməsini hərfi mənada qəbul etməməyə çağırıb: “Trampın bəyanatları tarixi baxımdan dəqiqliyə iddialı deyil, bu bəyanatlar avropalıları şoka salmaq məqsədi daşıyır”.
“Əlbəttə ki, Ukrayna müharibəyə başlamadı. Siz də deyə bilərsiniz ki, Amerika Pearl Harborda Yaponiyaya hücum etdi. Təbii ki, zorakı işğala məruz qalan bir ölkə seçki keçirməməlidir. 1935-ci ildən 1945-ci ilə qədər Böyük Britaniyada ümumi seçki olmayıb. Təbii ki, Zelenskinin reytinqi 4 faiz deyil. Onlar əslində Trampınki ilə eynidir. Trampın bəyanatları tarixən dəqiq olmaq üçün deyil, avropalıları hərəkətə keçirməyə sövq etmək məqsədi daşıyır”, – Boris Conson yazıb.
2022-ci ildə vəzifəsini tərk edəndən bəri Conson respublikaçılar görüşərək Ukraynaya dəstək kursunu davam etdirmək üçün Kiyev lehinə lobbiçilik edib. O, Ukraynanı müzakirə etmək üçün Trampla nahar edib və Respublikaçıların Milli Qurultayında ABŞ prezidenti ilə görüşüb.
Conson ötən həftə Rusiya-ABŞ-a cavab olaraq Avropa liderlərini boşboğazlıqda ittiham edib və onları münaqişənin son mərhələsində birlikdə hərəkət etməyə çağırıb.
Cohnson iddia edib ki, Trampın müdaxiləsi Ukraynanın xərclərini qarşılamaq üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı ümumavropa aksiyasına təkan verməlidir: “Niyə Avropa Putinin nağd pulunun dondurulmasına mane olur?”, – deyə Conson sual verib.