
“Putinə təzyiqi davam etdirəcəyik”
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Fransadan Rusiyaya qınama
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Gənclərin neft obyektindəki yanğın fonunda çəkilişi Rusiya hökumətini əsəbləşdirib
Rusiyanın hava strategiyasında ucuz terror doktrinası
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
21.02.25 - “Lavrovun Ukraynanın suverenliyinə hörmət etməyə hazır olduğunu eşitməyə ümidli idim”...
Böyük Britaniyanın müdafiə naziri Hili Zelenskini müharibə zamanı seçki keçirməyən Çörçilə bənzətdi
Böyük Britaniyanın müdafiə naziri Con Hili ABŞ prezidenti Donald Trampın “diktator” adlandırdığı Ukrayna prezidenti Vladimir Zelenskini İkinci Dünya Müharibəsi zamanı seçki keçirməyən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilə bənzədib.
Norveçə rəsmi səfəri çərçivəsində aparılan danışıqlardan sonra Hili ev sahibi həmkarı Tore Sandvik ilə birgə mətbuat konfransı keçirib. Nazir Hili çıxışında Ukraynadakı vəziyyətə toxunub və bu ölkədə sülhməramlıların yerləşdirilməsi ilə bağlı müzakirələrin vaxtından əvvəl olduğunu qiymətləndirib.
Ukraynada müharibənin sona çatması və NATO-nun güclü və birlikdə saxlanmasının Avropa və ABŞ-ın ən mühüm maraqlarına uyğun olduğunu vurğulayan Hili, “Bu, amerikalılarla müzakirə etdiyimiz bir məsələdir və müzakirə etməyə davam edəcəyik”, – deyib.
Trampın Ukrayna liderini seçki keçirmədiyinə görə “diktator” kimi xarakterizə etməsinə gəlincə, Hili bildirib ki, Zelenski ölkəsinə sadiq liderdir və bu sədaqətin şəxsən şahidi olub.
Nazir Zelenskini Çörçilə bənzədib: “O, Ukraynanın seçilmiş lideridir və İkinci Dünya Müharibəsi zamanı İngiltərədə Uinston Çörçillin etdiyini edir, biz də müharibədə olarkən seçkiləri dayandırdıq”.
***
Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Cənubi Afrikada keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində iştirak etdiyi iclasda Ukraynadakı vəziyyətlə bağlı açıqlamalar verib.
Lammi, Ukraynada yeganə ədalətli və qalıcı sülhün BMT Nizamnaməsinə uyğun sülh olacağını və bunun bir an əvvəl olmasını istədiklərini söylədi: “Bilirsiniz, yetkin ölkələr öz müstəmləkəçilik uğursuzluqlarından və müharibələrindən dərs alırlar və avropalıların nəsillər və əsrlər boyu öyrənəcəkləri çox şey olub. Amma qorxuram ki, Rusiya heç nə öyrənməyib”.
Lammi Rusiya xarici işlər naziri Sergey Lavrovun sessiyadakı çıxışını diqqətlə dinlədiyini bildirib və sözlərini belə davam etdirib: “O, təzəcə oturduğu yerdən çıxdı. Mən Lavrovun Ukraynanın suverenliyinə hörmət etməyə hazır olduğunu eşitməyə, hücumun günahsız qurbanlarına bir qədər rəğbət eşitməyə və davamlı sülh axtarışları üçün bəzi hazırlıqları eşitməyə ümidli idim. Eşitdiyim isə real siyasətçi kimi maskalanmış imperializmin məntiqi idi”.
Rusiya-Ukrayna müharibəsində çox mühüm dönüş nöqtəsində olduqlarını və Rusiyanın sınaq qarşısında olduqlarını vurğulayan Lammi, “Putin davamlı sülhə ciddi yanaşırsa, Ukraynanın suverenliyinə və BMT Nizamnaməsinə hörmət edən, etibarlı təhlükəsizlik zəmanətləri verən və çar imperializmini rədd edən bir yol tapmalıdır və Böyük Britaniya da bunu dinləməyə hazırdır”, – deyib.