
“F-35“lər Çin sərhədinə toplanır
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Böyük Britaniyada hökumət çalxalanır, nazirlər ard-arda istefa verməklə baş nazir Boris Consunu sıxışdırırlar. Məqsəd Boris Consonu istefaya məcbur etməkdir. Kənar müşahidəçilərdə Boris Consonun istefaya məcbur edilməsi suallar doğura bilər. Conson səhvlərinə rəğmən, xarizmatik baş nazirdir, Böyük Britaniyanın Avropa İttifaqından uzaqlaşmasını xətasız-bəlasız həyata keçirdi və s. Digər tərəfdən Consonun partiyası parlamentdə səs çoxluğuna malikdirsə, partiyadaşlarının ona qarşı qiyam qaldırmaları da suallar doğurur.
Məsələ burasındadır ki, Böyük Britaniyada uğurlu, xarizmatik, o cümlədən parlamentdə səs çoxluğuna malik baş naziri rəqibləri deyil, öz partiyadaşları devirə bilərlər. Sadə məntiq budur ki, hakim partiyada başqaları da özlərini baş nazir olaraq sınamalı və hakim partiyanın digər komandası iş başına keçməlidir. Böyük Britaniya tarixində Marqaret Tetçer ən uğurlu baş nazirlərdən biri idi. O 1979-cu ildə baş nazir seçildi. Tetçer ciddi islahatlar həyata keçirdi, ölkə iqtisadiyyatını ağır durumdan qurtardı, Argentina ilə müharibədə qələbə çaldı. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində onu müxalifət deyil, öz partiyadaşları devirərək Con Meydcoru həm Mühafizəkarlar Partiyasının başına, həm də baş nazir kürsüsünə gətirdilər. O zaman da indiki üsuldan istifadə edilmişdi. Tetçeri istefaya məcbur etmək üçün indiki kimi hökumət üzvləri ard-arda istefa vermişdilər. Daha uzaq tarixə getsək, böyük britaniyalılar İkinci Dünya Müharibəsində ölkəsinin və bəşəriyyətin alman faşistləri üzərində qələbəsini təmin edən Uinston Çörçilə müharibə bitdikdən sonra səs vermədilər. O müxalifətə keçdi. Buna baxmayaraq, ingilislər növbəti parlament seçkilərində yenidən onun partiyasına səs verdilər və Çörçil daha 4 il baş nazir kürsüsündə oturdu. Yəni Boris Conson istefa versə də, qayıdacağı istisna deyil.