Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
12:50 | 7 iyul 2022 | Cümə axşamı
Məqaləyə 1099 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Laçında ermənilərin İrəvanla əlaqəsi üçün inşa edilən alternativ yolun yaxın günlərdə istifadəyə veriləcəyi barədə xəbərdən sonra separatçılar, işğal dövründə Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılan ermənilərin Laçını viran qoymağa başlamaqları azmış kimi Azərbaycana hədə-qorxu gəlməkdən də çəkinmirlər.
Ermənistan hazırda bölgədə vəziyyətin qarışması üçün əlindən gələni edir. Laçından çıxacaqlarını bilən ermənilər oradakı evləri, meşələri, obyektləri yandırırlar. Ermənilər eyni murdar davranışı Kəlbəcəri təhvil verən ərəfədə də etmişdilər.
Belə olan təqdirdə Azərbaycan ordusunun mülklərimizi, təbiətimizi məhv olmaqdan qorumaq üçün Laçında təcili əməliyyatlara başlaması üçün zərurət ortaya çıxır. Əslində Ermənistan rəhbərliyinin də istədiyi elə budur. Nəticədə Azərbaycanın 10 noyabr bəyanatına uyğun davranmadığını, müddəaları pozan tərəf olduğunu bildirərək, beynəlxalq gücləri Bakının üzərinə qaldırsın.
Bu zaman belə bir sual ortaya çıxır: Dünya və maraqlı güclər bu baş verənlərə göz yumursa, Azərbaycana başqa çıxış yolu buraxılırmı?
Amma Qərb də, Ermənistana havadarlıq edən digər qüvvələr də anlamalıdırlar ki, Azərbaycan istənilən ssenariyə hazırdır. Ermənistan tərəfi 18 aydır ki, öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyibsə, Azərbaycan da həmin öhdəlikliklərdən imtina etmək hüququnu özündə saxlayır.
Diqqətlə nəzər salsaq görərik ki, Ermənistan rəsmilərinin və Qarabağdakı qondarma rejim mənsublarının son açıqlamaları, sərhəddəki silahlı insidentlər və proseslərin mümkün inkişaf perspektivi Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa seçim buraxmır.
Öncə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyan bildirdi ki, “Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk”. Bu Azərbaycana meydan oxumaq, son ilyarımda əldə olunan bütün razılıqlara, imzalanan bəyanatlara qarşı çıxmaq, onları pozmaq deyil, bəs nədir?!
Bu azmış kimi, Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan əsgərinin nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırmaqları ilə bağlı qulağımıza çatan sözlər (qondarma rejimin separatçı rəhbəri Araik Arutyunyan: “Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq” – red.) hayları məcbur da olsaq növbəti Dəmir yumruqla tanış etməyimiz üçün əcəl dəvətidir.
Soyuq başla proseslərə nəzər saldıqca analamaq olur ki, bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlayacaq. Belə olacağı təqdirdə Azərbaycan kabinetindən nə vaxt çıxdığını, hara gedib, haradan gəldiyini belə çox yaxşı bildiyi Arayiki və onun kimi quldurları çox tezliklə Azərbaycan torpaqlarından digər çıxdıqları ünvana kimi qovacaqlar. (Milli.az)