Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:41 | 7 iyul 2022 | Cümə axşamı
Məqaləyə 1285 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Fransadan Rusiyaya qınama
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
Boris Conson baş nazir vəzifəsindən istefa çıxışında deyib ki, Britaniya Ukraynanın azadlıq mübarizəsinə ehtiyac olduğu qədər dəstək verəcək. O habelə deyib ki, Ukraynaya hərbi, siyasi, humanitar dəstək onun baş nazirliyinin ən böyük nailiyyətlərindən biri olub.
O lap bu yaxınlarda Kiyevə səfər etmiş, bu həftənin əvvəllərində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmüşdü.
“The İndependent” yazır ki, Conson baş nazir kimi son çıxışında deyib: “Qoy bunu indi deyim ki, Ukrayna xalqı bilsin: Biz burada Birləşmiş Krallıqda sizin azadlıq uğrunda mübarizənizi nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik”.
Conson deyib ki, o, Britaniyanın Ukraynaya Qərbin dəstəyini səfərbər etməsi ilə qürur duyur.
Boris Consonun istefa xəbərindən dərhal sonra Ukrayna siyasətçiləri keçmiş baş nazirə dərin təşəkkür ifadə ediblər.
Britaniya fevralın 24-də Rusiyanın Ukraynaya səbəbsiz və haqsız hücumunun ilk günündən bu ölkəyə silah-sursat və hərbi təlimlərlə böyük dəstək verib.
Ukrayna prezidentinin baş müşaviri Mixail Podolyak “Twitter”də yazır ki, “cənab Conson həmişə Ukraynaya dəstəyin ön xəttində olub” və Rusiya ilə müharibənin nə qədər ciddi məsələ olduğunu “mərd-mərdanə” açıq bəyan edib: “Silahlar, partnyorluq, koalisiya. Çox sağ olun, cənab Conson, biz bilirik ki, qələbə Ukraynanın gələcəyinin rəmzidir. Biz qalib gələcəyik, çünki bütün sivilizasiyalı dünya tamamilə Ukraynanın tərəfindədir”.
Ukraynanın millət vəkillərindən Aleksey Qonçarenko da Consona təşəkkürünü bildirib: “Ukrayna bizim üçün etdiyiniz hər şeyə görə sizə sonsuz minnətdardır. Siz əbədi olaraq bizim tariximizdə qalacaq və gələcək qələbəmizdə iştirak edəcəksiniz. Çox sağ olun!”
Ukrayna XİN-in sözçüsü Anton Geraşşenko da ürək sözlərini bildirib: “Biz Ukraynanın dəstəklənməsində tutduğunuz güclü mövqeyə görə sizə minnətdarıq. Biz sizə qüvvət arzu edirik. İstədiyiniz vaxt ölkəmizin qonağı ola bilərsiniz”.