
Dayaz sular strategiyası
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Kütləvi qırğın silahlarına xərclər bir il ərzində 11 faiz artıb, BMT xərclərinin 28 qatına çatıb
Britaniyanın baş naziri Boris Conson İyunun 6-da hakim Mühafizəkar Partiyada keçirilən etimad səsverməsindən salamat çıxıb. Bu səsvermədə yalnız hakim partiyadan olan deputatlar iştirak edirdilər.
Etimad səsverməsinin keçirilməsini onun öz Mühafizəkar Partiyasından olan azı 54 millət vəkili istəmişdi.
Bu, parlamentdəki mühafizəkarların 15 faizini təşkil edir.
Boris Conson beləliklə 211 lehinə 148 əleyhinə nisbəti ilə etimad səsverməsindən qalib çıxıb.
“The Independent” yazır ki, bu nəticə Consonun siyasi gələcəyinə dair heç də bütün suallara cavab vermir.
Boris Condon COVİD-19 pandemiyası zamanı özünün qoyduğu karantin qadağanını pozaraq həm də hökumət iqamətgahı sayılan evində içki məclisi təşkil etdiyinə görə müxalifət və bir sıra partiyadaşları tərəfindən kəskin tənqid olunurdu.
“The Independent” yazır ki, mühafizəkarların yeganə narazılığı baş nazirin içki məclisi ilə bağlı deyil.
O son 70 ildə ölkədə ən böyük vergi artımına və bir sıra siyasətlərinə, o cümlədən idarəçilik tərzlərinə görə tənqid olunur.
Bu da xəbər verilir ki, etimad səsverməsində baş nazirin əleyhinə səs vermiş rəsmilər artıq istefa ərizələrini təqdim etməyə başlayıblar.
Lakin Consonun sadiq partiyadaşları, o cümlədən xarici işlər naziri Liz Trass səsvermə nəticəsindən məmnun qaldığını yazıb.
“Reuters” yazır ki, Boris Consonun vəzifəsini qoruyub saxlamasına baxmayaraq ona öz partiyası daxilində çox ağır zərbə dəyib.
Səsvermə nəticələrinəı görə Boris Consonu mühafizəkar millət vəkillərinin 59 faizi dəstəkləyib.
Bu, 2018-ci ildə ovaxtkı baş nazir Tereza Meyin etimad dəstəyindən aşağı rəqəmdir.
Səsvermə hakim Mühafizəkar Partiyadan olan millət vəkillərinin 40 faizinin Boris Consona partiya lideri kimi etimad etmədiyini göstərib.
Mühafizəkar millət vəkilləri Consonun ölkənin iqtisadi resessiya, qiymət artımı və yüksək inflyasiya ilə üzləşdiyi şəraitdə ölkəyə necə başçılıq edəcəyindən narahatdırlar.
Lakin Consonun hökumət kabineti əmindir ki, baş nazir pandemiyanın öhdəsindən uğurla gələ bilib və Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı qətiyyətli mövqe tutub.