
... Putinin mövqeləri zəifləyir
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Hər müstəqil addım onun gözündə xəyanətdir
Müsəlmanlar Rusiyada “sevimli” hədəfdir
Rusiya “SU-35” qırıcılarının növbəti partiyasını istehsal etdi
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
“Qitələrarası raketlər istehsal edən zavod genişlənir”
Kreml üçün ikili vəziyyət yaranır
Harpiyalardan Aslanlara qədər
Şlosberq Ukrayna ilə bağlı söylədiyi fikirlərə görə saxlanılıb
Almaniya kansleri Merz Rusiyanı mülki insanlara qarşı terrorda ittiham edib
... Yaxud Rusiyanın Qərbə qarşı “həqiqət” cəhdi – GFCN
Rusiya Ukrayna hücumunda İngiltərəyə işarə edir
“Rusiyanın ən böyük düşməni” 13 ildən sonra dəyişdi
Peskov ABŞ-a niyə təşəkkür etdi?
Rusiyanın çəkinəcəyi heç bir ölkə, heç bir güc qalmadı
Rusiyanın Ukrayna ilə bağlı ABŞ və Böyük Britaniyadan tələbi
Dünyanın başı Rusiyanın Ukraynaya vəhşi hücumuna, həyasız işğal cəhdinə qarışdığından iqtisadi sahədə baş verənlər arxa plana keçib, amma unutmayaq ki, iqtisadiyyat təməldir, siyasi, geosiyasi vəziyyət daha çox iqtisadi maraqlardan və dünya iqtisadiyyatında baş verən proseslərdən doğur.
2008-ci ildə baş verən və “Lehman Brothers” böhranı kimi yadda qalan iqtisadi daralma tez bir zamanda, amma ancaq likvidlik bolluğu vasitəsi ilə aradan qaldırıldı. Dünya iqtisadiyyatında institutsional problemlər həll edilmədi, ancaq “pul çapı”, likvidlik bolluğu, “helikopter pullar” daralmanın qarşısını aldı və dünya yenidən borcla böyümə modelinə geri döndü.
2020-ci ildə elan edilən “pandemiya” iqtisadiyyatı dünya üzrə çökdürməyə başladı, prosesin axmaqcasına idarə edilməsi iqtisadiyyatın təməllərini zədələdi, dünyada virusdan çox insanları məhz iqtisadi çətinliklər, depressiya, işsizlik və mənasız qapanmalar öldürdü. Yenə də institutsional olaraq heç bir addım atılmadı, ancaq likvidlik bolluğu ilə iqtisadi çətinliklərlə mübarizə aparılmağa çalışıldı, nəticədə illik 84,7 trilyon dollarlıq ÜDM olan dünya iqtisadiyyatına 17,2 trilyon dollar vəsait axıdıldı. Nəticədə likvidlik bolluğu dünyada inflyasiyanı tətiklədi, bütün aktivlərin, əmtəələrin qiyməti artmağa başladı – “pandemiyada” dünya qapanırdı, amma səhm bazarı, əmtəələr, inflyasiya yüksəlirdi, bu mənasız “pul yağışının” nəticəsi idi.
İndi FED öncüllüyündə dünya dövlətləri ayılıb addımlar atmağa başlayıb, institutsional yox ha, sadəcə səpdikləri pulları yığmaqla inflyasiya ilə mübarizə aparmaq istəyirlər. FED faizləri artırır, onlara baxıb bütün dünya ölkələri MB-rı da faiz artırmaqla məşğuldur, bəli, bu bir neçə ay sonra inflyasiyanı cilovlaya bilər, amma baha likvidlik, artan kredit faizləri dünya iqtisadiyyatının kəskin daralmasına, aktivliyin azalmasına, işsizliyin artmasına səbəb olur-olacaq – yəni, bir dərdi (inflyasiyanı) cilovlamaq istəyəndə, digər dərdi (ressesiya və iqtisadi böhranı) alovlandırırlar.
Artıq bir çox beynəlxalq nüfuzlu təşkilatlar, banklar, yatırım fondları həyəcan təbili çalmağa başlayıblar – JPMorgan Chase & Co. rəsmisi Cami Dimon (Jamie Dimon) açıqlama verib ki, ABŞ iqtisadiyyatı yaxın aylarda tam resessiyaya girəcək, ciddi iqtisadi daralma qeydə alınacaq, nəzərə alın ki, ABŞ iqtisadiyyatı “asqıranda” dünya iqtisadiyyatı həmən “sətəlcəm” olur.
Yəni, hamımız oturub hansısa diktatorun atom bombası atıb-atmayacağını gözlədiyimiz vaxt dünya iqtisadiyyatına artıq böhran “bombası” düşüb. Bu o deməkdir ki, yaxın aylarda dünyada işsizlik, xalqların qəzəbi artacaq, böhran dərinləşəcək, dünya təcrübəsi və tarixi onu deyir ki, belə böyük böhranlardan iri ölkələrin, şirkətlərin bankrot olmadan, yüzmilyonlarla insan kasıblaşmadan çıxmaq mümkün deyil. Əslində dünya həmişə irimiqyaslı müharibə ilə çıxırdı, indi məhz atom silahının mövcudiyyəti böyük müharibənin qarşısını alır, ona görə də atom silahından yox, iqtisadi “partlayışlardan” qorunmaq haqqında düşünmək, bunun yollarını tapmaq lazımdır...