Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:47 | 29 iyun 2025 | Bazar
Məqaləyə 449 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
1928-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş məşhur Norveç yazıçısı Siqrid Unset Azərbaycanda az tanınan yazıçılardandır. 30-dan çox roman müəllifi Unset SSRİ və faşizmə düşmən idi. Ötən əsrin 30-cu illərində Rusiyaya səyahət etmiş (Moskva və Vladivostokda olmuşdur) yazıçının bu ölkə haqqında qeydləri çox böyük maraq kəsb etmişdir:
“Dünyanın heç bir şəhərində buradakı qədər hara isə tələsən insan kütləsi görmədim”.
Burada ilk dəfə olaraq piştaxtaları boş olan mağazalar və mağazaların qarşısında növbəyə duran insanlar gördüyünü yazır.
“Adamlar çox kasıb və zövqsüz geyinirlər”.
“İnsanların üz gözündən kədər və bədbinlik yağır, mən bir nəfər də üzügülər adam görmədim”.
“Dünyanın heç yerində insanların bu ölkədəki qədər eyni cür olduğuna, bir-birindən fərqlənmədiyinə rast gəlməmişəm”.
“Küçələrdə bir nəfər də saqqalı kişi görmədim, amma hamısı üzütüklü idi”.
“Rus qadınlarının görkəminə baxanda adamın onlara yazığı gəlməyə bilmir. Uşaqların görkəmi yenə bir az normaldır”.
Çox iti müşahidə qabiliyyətinə malik olan yazıçının ölkədəki yoxsulluq, natəmizlik, ümidsizlik heyrətə salmışdır. Kitabın bir yerində yazır ki, sivil insan belə şəraitdə ikicə il yaşasa, yenidən vəhşiləşər.
Yazır ki, keçdikləri yerlərin təbiəti çox gözəl, amma baxımsız idi. Yol boyu gördüyü boz-bulanıq kəndlər hamısı bir-birinə bənzəyir, elə kiçik şəhərlər və stansiyalar da onlardan az fərqlənir. İnzibati binalar və kilsələrdən başqa, tikililərin hamısı ağacdandır.
Norveçli xanımın Rusiyada heç bəyənmədiyi şeylərdən biri də yerli pendir və ümumiyyətlə qida məhsulları olmuşdu. O da əsasən çirkliliyinə görə.
Bircə qara çörəklə kartofun Avropadakından yaxşı olduğunu qeyd edir.
Kitabın sonunda S. Unset Sovet reallığını bir cümlə ilə mükəmməl təsvir etmişdir: “Bu ölkə mənə Avropanın artıq faşistlər tərəfindən işğal edilmiş ölkələrini xatırladır”.
Əfsus ki, belə böyük yazıçını bu gün də tanımırıq. Çünki Ədəbiyyat üzrə Nobel mükafatçılarının bir çoxu kimi onun da heç bir əsəri dilimizə tərcümə edilməyib və ölkəmizdə çap olunmayıb.