vaxtlı-vaxtında oxuyun! Cümə, 12 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
“Qızlarımı atalarının ölümünə hazırlayıram” 22:57 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 94 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qızlarımı atalarının ölümünə hazırlayıram”

Heminq Uilis: “Bryusu başqa bir evə yerləşdirmək çətin bir qərar idi”

LEYLA

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hollywood”un əfsanəvi aktyoru Bryus Uilisin ailəsi, məşhur aktyorun getdikcə ağırlaşan sağlamlıq vəziyyətinə qarşı mərhələli bir vida üçün hazırlaşır. Təxminən üç il əvvəl “frontotemporal demans” (FTD) diaqnozu qoyulmuş 70 yaşlı ulduz artıq ailəsi ilə birlikdə yaşamır. Aktyorun xanımı Emma Heminq Uilis, yeni yayımlanan kitabında bu prosesin həm özü, həm də uşaqları üçün nə qədər çətin keçdiyini tam açıqlığı ilə izah edib.

Emma Heminq Uilis, "The Unexpected Journey" adlı kitabında, Bryus Uilisin artıq başqa bir evdə yaşadığını və bu qərarın xüsusilə qızları Meybl və Evelin üçün alındığını yazıb. “Onlara atalarından bir qədər məsafə qazandırmaq, eyni zamanda ölümə hazırlanmalarına da kömək edir”, – deyən Heminq Uilis, bu sözlərinin nə qədər sərt göründüyünü bildiyini, amma bu gerçəkliklə yaşamaq məcburiyyətində olduqlarını vurğulayıb.

Bryus Uilisin 47 yaşlı xanımı “frontotemporal demans” diaqnozundan sonra orta ömür müddətinin 7-13 il arasında olduğunu xatırladıb. Aktyorun bu müddətdə yalnız fiziki deyil, həm də zehni olaraq ailəsindən uzaqlaşdığı aydın olur.

Heminq Uilis 2023-cü ilin əvvəlində Bryus Uilisin FTD diaqnozunu ictimaiyyətə açıqladıqlarını qeyd edib. Onun bir il əvvəl nitq pozğunluğu səbəbindən karyerasını dayandırdığı bildirilib. Emma Heminq Uilis, “Bu xəstəlik dəhşətlidir, amma eyni zamanda bir az zaman qazandırır. Həyatınızı planlaya və tənzimləyə bilərsiniz”, – deyib.

O, Bryus Uilis üçün aldığı qərarın mübahisəli olduğunu qəbul edir və “Good Morning America” proqramında mövzuya toxunub. “Bryusu başqa bir evə yerləşdirmək çətin bir qərar idi, amma həm onun, həm də uşaqlarımızın təhlükəsizliyi və rahatlığı üçün ən düzgün qərar idi. İndi əminəm ki, Bryus ən yaxşı baxımı alır. Bu qərarın arxasındayam və bu mövzuda müzakirə istəmirəm”, – deyib.

Bryus Uilisin Emma Heminq ilə evliliyindən Meybl və Evelin adlı iki kiçik qızı var. Bundan əlavə, Demi Mur ilə əvvəlki evliliyindən – Rumer, Skout və Talulah adlı üç yetkin qızı var. Lakin aktyorun baxım yükünün böyük hissəsi Emma Heminq Uilisin çiynindədir.

Heminq Uilis, həm uşaqlarını qorumağa çalışır, həm də gələcəkdə yaşanacaq itkini yüngülləşdirmək üçün onları emosional olaraq hazırlayır. “Evdə yalnız üç nəfər olmağa alışmaq, böyük an gəldikdə yaşanacaq şoku yüngülləşdirə bilər”, – deyən Heming Uilis, xəstəliyin geri dönməyən gedişinə qarşı əlindən gələni edir.