vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
KİNO-TEATR  
“Həmin an məni sehrləyir” 11:29 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 78 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Həmin an məni sehrləyir”

Ailəsi göz yaşları içində Bryus Uillisin son durumunu danışdı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bryus Uillisin həyat yoldaşı Emma Heminq demansla mübarizə aparan məşhur aktyorun qısa, amma dəyərli anlarda köhnə halını əks etdirdiyini bildirib.

Emma Heminq məşhur aktyorun səhhəti ilə bağlı emosional açıqlamalar verib. O, ərinin frontotemporal demans xəstəliyi səbəbindən dəyişdiyini, lakin zaman-zaman keçmişindən izlər daşıyan anların ona güc verdiyini deyib.

Emma Heminq açıqlamasında dilin yavaş-yavaş itirildiyini bildirib: “Bəzən gülür, bəzən gözlərində o köhnə parıltını və ya təbəssümü görürsünüz. Həmin an məni sehrləyir”, – deyib. Amma o da əlavə edib ki, bu anlar çox qısa davam edir: “Çətindir… amma minnətdaram. Həyat yoldaşım hələ də bir şəkildə bizimlədir, bunun üçün şükür edirəm”.

Uillis ailəsi 2022-ci ildə aktyorun səhhətindəki problemlər səbəbindən kino karyerasını bitirdiyini açıqlamışdı. İlk diaqnoz afaziya olmuş və bu halın onun idrak qabiliyyətlərinə təsir göstərdiyi bildirilmişdi. 2023-cü ildə isə daha dəqiq diaqnoz qoyuldu – frontotemporal demans. Bu xəstəlik beynin alın və gicgah nahiyələrindəki sinir hüceyrələrinin zamanla məhv olması ilə inkişaf edir.

2009-cu ildən evli olan Bryus Uillis və Emma Heminqin iki qızı var. Məşhur aktyorun Demi Mur ilə ilk evliliyindən isə Rumer, Skaut və Tallulah adlı üç yetkin qızı mövcuddur. Uillis və Mur ailələri xəstəlik prosesində bir-birinə sıx bağlı qalıblar.