vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MUSİQİ  
BMM-də təltiflər 18:44 | 9 iyul 2025 | Çərşənbə Məqaləyə 331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMM-də təltiflər

Yubilyar əməkdaşlara təşəkkürnamələr təqdim olunub

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Muğam Mərkəzi Səid Rüstəmov adına Xalq Çalğı Alətləri (XÇA) Orkestrinin kamança qrupunun konsertmeysteri Vidadi Paşayev və mərkəzin əməkdaşı, qazanxana operatoru Fuad Məmmədov yubiley yaşları və işlərində səmərəli fəaliyyətə görə Təşəkkürnamə ilə təltif ediliblər.

BMM-nin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə yubiley yaşı münasibəti ilə mərkəzin hər iki əməkdaşını təbrik edib, uzun ömür, can sağlığı arzulayıb. Daha sonra yubilyar əməkdaşlara uzunillik səmərəli və nümunəvi fəaliyyətlərinə görə Təşəkkürnamə təqdim olunub.

S.Rüstəmov adına XÇA Orkestrinin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov kamança ifaçısı Vidadi Paşayevə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Yubilyar əməkdaşlar əməklərinə verilən qiymət və diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.