Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:40 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 275 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Budur, “Sputnik Azərbaycan”ın Bakıda “jurnalist” adı altında fəaliyyət göstərən casus əməkdaşlarının həbs edilməsinin ardınca, bu gün İrəvanda da həm “Sputnik Armenia”nın fəaliyyətinin qadağan olunması, həm də Rusiya telekanallarının yayımının dayandırılması tələbi ilə aksiya keçirilib.
Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin qarşısında toplaşan nümayişçilər bildiriblər ki, Rusiya mediası Ermənistana qarşı düşmən təbliğatı aparır və ölkənin təhlükəsizliyi üçün təhdid yaradır.
Aksiya iştirakçıları, həmçinin “Düşmən kanallarına yox!” yazılmış plakatlar tutublar və “Rusiya, sus!” şüarları səsləndiriblər.
“Respublika naminə” partiyasının sədr müavini Ruben Meğrabyan “Sputnik Armenia”nın fəaliyyətinin tamamilə qadağan olunmasını tələb edib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə bəyan edib ki, ümumiyyətlə, Rusiya mediası informasiya təhlükəsizliyi üçün ciddi təhdiddir.
Göründüyü kimi ermənilər gec də olsa dərk etməyə başlayırlar ki, Rusiya Cənubi Qafqazda sülhün və tərəqqinin qarşısını alan bir nömrəli toksik ölkədir. Lakin bununla yanaşı, Rusiyanın təlimatı üzrə fəaliyyət göstərən radikal erməni müxalifəti isə kilsə ilə birləşərək Paşinyan iqtidarına qarşı mübarizəni davam etdirir. Və bu mübarizədə Rusiya mediası da Paşinyanın əleyhdarlarına ciddi dəstək verir.
Ümid edək ki, Paşinyan özündə güc tapıb Rusiya mətbuatının Cənubi Qafqazdan qovulması üçün kəsərli addımlar atmağı bacaracaq. Putin isə elə bu köhnə televizorlar kimi günün birində tarixin tozlu arxivinə köçəcək.