Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
21:40 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 224 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
“Hizbullah” terror təşkilatının baş katibi Naim Qasım İsraillə genişmiqyaslı müharibəyə daxil olmağın ciddi hazırlıq tələb etdiyini və həmin hazırlıqların həyata keçirilmədiyini bildirib.
Qasım bu fikirləri yerli televiziyaya verdiyi müsahibədə səsləndirib. O deyib: “Əgər “Hizbullah” İsraillə tammiqyaslı savaşa girsəydi, nəticə geniş dağıntılar, ABŞ-ın birbaşa müdaxiləsi və münaqişənin daha da yayılması olardı. Amma bu, əsas hədəflərə çatmağa imkan verməzdi”.
Baş katibin sözlərinə görə, “HƏMAS”ın 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumundan sonra başlayan Qəzza müharibəsinin ilk günlərində “Hizbullah”la heç bir koordinasiya aparılmayıb.
“Biz həmin hücumun olacağından xəbərdar deyildik, buna görə də dərhal münaqişəyə qoşulmağımız mümkün olmadı,” – deyə Qasım əlavə edib.
Naim Qasımın sözlərinə görə, müharibə başladıqdan iki ay sonra “HƏMAS” təmsilçiləri “Hizbullah”a müraciət edərək bildiriblər ki, artıq verilən dəstək kifayət edib və əsas məqsədə çatılıb.
“O andan sonra isə İsrailin hücumları daha da aqressivləşdi, ABŞ isə onlara məhdudiyyətsiz dəstək verdi”, – deyə o vurğulayıb.
Xatırladaq ki, İsrail ordusu 2023-cü ilin sentyabr ayında – “Hizbullah”ın aylarla davam edən raket hücumlarına cavab olaraq – Qəzza zolağında başladığı hərbi əməliyyatları Livana qədər genişləndirmişdi. Bu əməliyyat zamanı “Hizbullah” lideri Həsən Nəsrullah və təşkilatın bir sıra yüksək vəzifəli komandirləri hədəfə alınaraq öldürülmüşdü.
Müsahibədə Qasım qeyd edib ki, regionda təhlükəli eskalasiyanın qarşısını almaq üçün o dövrdə tammiqyaslı savaşa girməmək daha məqsədəuyğun idi.