
Mask rekord qırdı
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
Belarusda 52 məhkum əfv edildi
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
Vaşinqtonda maraqlı hadisələr baş verir. ABŞ Hökumət Effektivliyi Nazirliyi (DOGE) daxilində görünməmiş bir nüfuz savaşı yaşanır. İlon Mask hər nə qədər vəzifəsindən ayrıldığını bildirsə də, onun təsiri hələ də davam edir.
“DOGE 2.0” planı: Qənaət yox, texnoloji sıçrayış
“The Wall Street Journal”ın yaydığı məlumata görə, Maska yaxın çevrələr “DOGE”ni əvvəlki ixtisar mərkəzindən çıxararaq rəqəmsal infrastrukturun modernləşdirilməsi ilə məşğul olan bir “DOGE 2.0” layihəsinə çevirmək istəyir.
Lakin bu ideyanın özü “DOGE” daxilində çox kəskin bölünmələrə səbəb olub. Gizli görüşlərdə işçilərə belə suallar verilir: “Sən Trampa sədaqətlisən, yoxsa Maska?”
Bu tip sualların soruşulması dövlət qurumunun daxilində şəxsi sədaqət sınaqları və loyallıq testləri ilə idarə olunduğunu göstərir.
Mask gedib, amma adamları hələ oradadır
Mask may ayında DOGE-dən ayrıldığını açıqlamışdı. Onun ən yaxın silahdaşı Stiv Deyvis də vəzifəsini tərk edib. Amma iddialara görə, Mask hələ də Deyvis vasitəsilə “DOGE” üzərində nəzarətini saxlayır.
“DOGE”də yüksək vəzifəli bir neçə şəxs, o cümlədən Sam Korkos, Deyvisin hökumətə aid gizli məlumatlara çıxışının davam etməsindən narahatdır. Hətta Deyvisin Korkosun işdən çıxarılması üçün lobbiçilik etdiyi də iddia olunur.
Mask DOGE-u şəxsi biznesinə “pəncərə” kimi istifadə edir?
İddialar tək bununla da bitmir. Məlumatlara əsasən, Mask “DOGE” vasitəsilə “Tesla”, “SpaceX” və “X” şirkətlərindən olan şəxsləri dövlətin müxtəlif strukturlarında yerləşdirib. Məqsəd isə bu strukturları öz biznes maraqları üçün platformaya çevirmək ola bilər.
Federal Aviasiya İdarəsi (FAA) bəzi ştatlarda “Starlink” peyk sistemlərinin sınaqdan keçirildiyini təsdiqləyib. Bu da Maskın federal təsir dairəsini genişləndirməsi fikrini gücləndirir.
“190 milyard dollarlıq qənaət” – realdırmı?
“DOGE” rəsmiləri qurumun fəaliyyəti nəticəsində indiyədək 190 milyard dollar qənaət edildiyini bildirir. Ancaq bir çox analitik bu rəqəmlərin şişirdildiyini və ictimai rəydə “effektivlik təəssüratı” yaratmaq üçün istifadə olunduğunu deyir.
Tramp–Mask münasibətləri buz kəsir
Bir vaxtlar bir-birinə isti münasibət bəsləyən Mask və Tramp, son vaxtlar vergi siyasəti səbəbilə üz-üzə gəlib. “Böyük Gözəl Qanun Layihəsi” 4 iyulda Konqresdən keçib, Mask isə 5 iyulda “Amerika Partiyası”nı qurduğunu elan edib. Bu, onun Trampdan siyasi olaraq da uzaqlaşdığını göstərir.
Maskın adı silinsə də, DOGE hələ də onun oyun meydanı kimi qalır. Dövlət qurumlarında şəxsi maraqların artması isə ABŞ-da yeni bir siyasi–texnoloji böhranın xəbərçisidir.