Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:20 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 228 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon), silah istehsalı və müharibələri maliyyələşdirmək üçün özəl firmalara 2,4 trilyon dollar vəsait ayırıb.
ABŞ-da yerləşən Braun Universitetinin apardığı araşdırma Pentaqonun 2020–2024-cü illərdəki xərcləri və müqavilələri ilə bağlı statistik məlumatları toplayıb.
Araşdırmada, Müdafiə Nazirliyinin həmin dövrdə müdafiə sənayesi şirkətlərinə 2,4 trilyon dollar məbləğində vəsait ayırdığı müəyyən olunub.
Hesabata görə, Pentaqonun maliyyə ayırdığı ən böyük 5 şirkət – “Lockheed Martin”, “Raytheon”, “Boeing”, “General Dynamics” və “Northrop Grumman” – ümumilikdə 771 milyard dollarlıq müqavilə əldə edib.
Araşdırmanın müəllifi Stefani Savell hərbi xərclərlə bağlı bu fikirləri səsləndirib: “Bu rəqəmlər göstərir ki, müharibə və silah istehsalını maliyyələşdirmək məqsədilə vergi ödəyicilərindən böyük həcmdə sərvət transfer edilir”.
ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra müdafiə sənayesinə ayrılan xərclərin yarıya endirilə biləcəyi siqnalını vermişdi. Lakin Trampın təzyiqi ilə ötən həftə Konqresdən keçən “Böyük Gözəl Qanun Layihəsi” çərçivəsində Pentaqona əlavə 157 milyard dollarlıq büdcə ayrılmışdı.
Hesabatda 11 sentyabr hücumlarından sonra Corc Buş administrasiyası tərəfindən başladılan “terrora qarşı müharibə” kampaniyasının Tramp rəhbərliyi dövründə də artaraq davam etdiyinə diqqət çəkilir.
Hesabatda həmçinin qeyd olunur ki, ABŞ, ən böyük rəqibi olan Çinə qarşı müdafiə xərclərini artırır, İsrail və Ukraynaya rekord həcmdə silah tədarükü həyata keçirir.
Araşdırmada ABŞ ordusunun 2021-ci ildə Əfqanıstandan çıxması ilə xərclərdə azalma baş vermədiyi də vurğulanır: “Sentyabr 2021-də ABŞ-ın Əfqanıstandan çıxması sülh gətirmədi. Əksinə, həmin dövrdə Prezident Co Bayden, Pentaqon üçün daha yüksək illik büdcələr tələb etdi və Konqres də bu tələbləri təsdiqlədi. Prezident Tramp da hərbi büdcələri artırmaq siyasətini davam etdirir”.
Hesabata əsasən, “SpaceX”, “Palantir” və “Anduril” kimi “hərbi texnologiya” firmaları bu xərclərdən ən çox fayda görəcək şirkətlərdir. Bu firmaların Tramp administrasiyası ilə yaxın əlaqələri olduğu vurğulanır.
Hesabatın digər müəllifi Uilyam D.Hartung, özəl firmalarla Vaşinqton arasındakı münasibətlərin Pentaqonun xərclərinə necə təsir etdiyini qiymətləndirib: “Nazirliyin büdcəsinin böyük hissəsi şirkətlərə yönəldilir və bu vəsaitlər rasional müdafiə planlamasından daha çox xüsusi maraq qruplarının lobbi fəaliyyətləri ilə əlaqəlidir. Bu vəsaitlərin əksəriyyəti isə ya funksional olmayan, ya da həddindən artıq baha silah sistemlərinə və şişirdilmiş kompensasiya paketlərinə xərclənir”.