vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
Belarusun Avropadakı casus şəbəkəsi ... 10:47 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 138 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belarusun Avropadakı casus şəbəkəsi ...

Diplomat kimi fəaliyyət göstərən agentə 72 saat vaxt verildi

RÖYAL

MÖVZU İLƏ ƏLAQƏLİ

Çexiya Respublikası rəsmiləri həmçinin diplomat qiyafəsində fəaliyyət göstərən Belaruslu bir agenti ölkədən çıxardı. Çex Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin şəxsə ölkəni tərk etməsi üçün 72 saat vaxt verildi.

Çexiya Respublikası milli kəşfiyyat xidməti BIS (Bezpečnostní informační služba) tərəfindən dünən günü yayımlanan açıqlamada, Belarusun Avropada qurmağa çalışdığı casus şəbəkəsinin Macarıstan və Rumıniya kəşfiyyat xidmətlərinin köməyi ilə çökdürüldüyü bildirildi.

BIS açıqlamasında bildirilir ki, Avropadakı bir qrup tərəfindən Belarus KQB-sinə bağlı casuslar bir neçə Avropa ölkəsində aşkar edilib. Bu casuslar arasında keçmiş Moldova Kəşfiyyat Xidməti (SIS) müavini də olub və o, gizli məlumatları KQB-ə ötürüb.

Çexiya Respublikası rəsmiləri diplomat qiyafəsində fəaliyyət göstərən Belarus agentini ölkədən çıxardı. Çex Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin şəxsə ölkəni tərk etməsi üçün 72 saat vaxt verildi.

BIS bildirib ki, Belarusun bu casus şəbəkəsinə daxil ola bilməsi, diplomatlarının Avropa ölkələrində sərbəst hərəkət etməsindən asılıdır.

BIS-in rəhbəri Mixal Kudelka açıqlamasında, “Avropada bu düşmən fəaliyyətləri effektiv şəkildə dayandırmaq üçün Rusiya və Belarusdan akkreditə olunmuş diplomatların Şengen bölgəsində hərəkətini məhdudlaşdırmalıyıq”, – deyib.

Qurum hazırda əlavə detalları paylaşmayıb.

Rumıniyanın təşkil olunmuş cinayətlərlə mübarizə agentliyi DIICOT dünən 47 yaşlı bir şübhəli haqqında “vətənə xəyanət” ittihamı ilə həbs qərarı verildiyini açıqladı. Şübhəli əvvəllər Moldova SIS-də rəhbər vəzifələrdə çalışıb.

DIICOT bildirib ki, şübhəli dövlət sirlərini Belarus kəşfiyyat zabitlərinə ötürərək “milli təhlükəsizliyi riskə atmış” ola bilər.

DIICOT-a görə, Moldovalı şübhəli 2024–2025-ci illərdə Macarıstanda iki dəfə Belarus casusları ilə görüşüb və bu görüşlər “təlimat vermək” və “xidmət müqabilində ödəniş almaq” məqsədilə keçirilmiş ola bilər.

Davam edən beynəlxalq araşdırma Avropa Birliyinin (AB) hüquqi qurumu “Eurojust” tərəfindən nəzarət edilir.

Belarus lideri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi kimi tanınır.

Lukaşenko Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalında Belarus torpaqlarının istifadəsinə icazə vermiş və sonradan Rusiyanın taktiki nüvə raketlərini yerləşdirməsini də təsdiqləmişdi.