Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:56 | 21 fevral 2025 | Cümə
Məqaləyə 449 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Kremlin nümayəndələri ilə ABŞ prezidenti Donald Trampın komandası arasında danışıqların başlaması prosesi informasiya məkanında geniş işıqlandırıldığı bir vaxtda, Trampın səs-küylü bəyanatları hazırlıqsız ictimaiyyəti şoka salsa da, Ağ Ev administrasiyasının nümayəndələri ilə Aleksandr Lukaşenkonun nümayəndələri arasında məsləhətləşmələr kifayət qədər sakit, lazımsız səs-küy olmadan davam edir.
Rusiya-Amerika-Ukrayna “döyüş”lərindən fərqli olaraq, ABŞ-ın Lukaşenko rejimi ilə danışıqları daha məhsuldar gedir və onların nəticələri yaxın gələcəkdə görünəcək. Belarus prezidenti çox maraqlı ikili oynayır. O, Moskvanı inandıra bilib ki, az qala Rusiyanın maraqlarını təmsil edəcək, öz şəxsi və ölkəsinin maraqlarını üçüncü yerə olmasa da, hər halda, arxa plana keçirəcək. Amma, deyəsən, hər şeyi tam tərsinə edir.
Lukaşenko özünü amerikalılara qarşı “Putinin antipodu” hətta, özünün tamamilə asılı vəziyyətdə olduğu bir şəraitdə də “Rusiyanın imkanlarını məhdudlaşdıran əsas amil” kimi təqdim edir. Belarus Respublikasının lideri praktiki olaraq ABŞ-a özünün Rusiyadan asılılığının azaldılması müqabilində keçid proqramını həyata keçirməyi təklif edir. Bu, o demədir ki, Lukaşenko “bütün” siyasi məhbusları mərhələli şəkildə də olsa, azad edəcəyini və əvəzində açıq bazarlara və iri həcmli maliyyəyə çıxış əldə edərək ölkəsinin “demokratikləşdirilməsini” həyata keçirəcəyini vəd edir ki, bu da Belorus prezidentinin fikrincə, ABŞ üçün “sadə bir işdir”. Bu danışıqlarda Rusiyanın hər hansı maraqlarından söhbət belə getmir. Mümkündür ki, Trampın komandası tezliklə, Lukaşenkonu hətta Avropa üçün demokratiya nümunəsi elan etsin.