PEKİNDƏN SALAMLAR!
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
22:16 | 6 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 258 dəfə baxılıb
Şriftin ölçüsü
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Səfərinizi bron etməyin ən ağıllı yolu…
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Çexiyada fırtına zamanı ağacın altında gözləyən iki alman turisti ildırım vurması nəticəsində yaralanıb. Həftə sonu Çexiyanın “Böhmische Schweiz” (Bohemiya İsveçrəsi) bölgəsində şiddətli fırtına zamanı ildırım vurması nəticəsində iki alman turist yaralanıb. Hadisə baş verən zaman cütlük “Tyssaer Wände” (Tissa Divarları) kimi tanınan qayalıq ərazidə gəzintiyə çıxıbmış.
Şənbə günü günortadan sonra Almaniya sərhədi yaxınlığında başlayan qəfil fırtına zamanı turist cütlüyün ağacın altına sığınaraq özlərini qorumağa çalışdıqları öyrənilib. Lakin bu müddət ərzində ildırım vurması nəticəsində xəsarət alıblar. Alman cütlüyü Tisa və Rajec kəndləri arasında başqa bir alman qrupu tapıb. Qrup yaralıları “Am Kreuz” adlanan istirahət məntəqəsinə aparıb və yardım çağırıb.
Hadisə yerinə gələn Çexiya dağ-xilasetmə qrupu və tibb işçiləri yaralıların çaşqınlıq içində olduqlarını bildiriblər. “Bizim ilkin müayinəmiz zamanı hər iki turistin sinə nahiyəsində yanıqlar aşkar etdik. Onların paltarlarındakı yanıq dəlikləri açıq-aydın ildırım vurduğunu göstərirdi”, – regional dağ-xilasetmə bölməsinin rəhbəri Miroslav Raçko bildirib. Raçko həmçinin kişi turistin üzündə şiddətli ağrılar və bir gözündə görmə qabiliyyətinin itirildiyini söylədi. Yaralılar iki təcili yardım maşını ilə təxminən 15 kilometr uzaqlıqdakı Usti nad Labem xəstəxanasına aparılıb.
“Turistlərdən biri ağır, digəri isə orta dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb”, - səhiyyə xidmətinin sözçüsü Prokop Volenik bildirib.