
Şübhəli öldürülüb
Almaniya-Çexiya sərhədində sürücü polisdən qaçarkən güllələnib
Almaniya-Çexiya sərhədində sürücü polisdən qaçarkən güllələnib
“Onların paltarlarındakı yanıq dəlikləri vardı”
Rusiya və Çinə qarşı qeyri-adi əməkdaşlıq
Rusiya XİN-in Çexiya prezidenti Pavelin açıqlamasına cavabı: “Terrorçu kimi danışır”
Modern heykəlləri ilə məşhur Praqa
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
Çexiya Ukraynaya zirehli texnikalar göndərib
Çexiya XİN-dən Rusiya diplomatlarına çağırış
Çexiya Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib
Bakı toqquşan maraqların mərkəzində; Rusiya-Qərb çəkişməsi silah bazarına da sıçraya bilər...
Prosineçki bu gün millimizdən ayrılır...
«... Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır»
5-ci pillə Azərbaycan millisi üçün doğmalaşıb
Yoahim Löv: «Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur»
Robert Prosineçki: «Nəticə bizi qane etməsə də, yaxşı oynadıq»
Berti Foqts Azərbaycan yığmasına sataşdı
Çexiyanın qərbində yerləşən Plzen şəhərində baş verən hadisə yalançı ölüm elanının nə qədər ciddi nəticələri ola biləcəyini bir daha göstərdi. 88 yaşlı qadın həkimlər tərəfindən səhvən ölü elan edilib. Lakin dəfn işçiləri onu tabuta qoyarkən yaşlı qadın gözlərini açıb.
Hadisə mayın 30-da Praqadan təxminən 90 kilometr qərbdə yerləşən Plzen şəhərində baş verib. “Pravo” qəzetinin yazdığına görə, yaşlı qadının həyat yoldaşı səhər onu oyada bilməyəndə təcili yardıma zəng edərək “Yəqin ki, ölüb” deyib. Hadisə yerinə gələn həkim qadının həyatını itirdiyini zənn edərək rəsmi ölüm şəhadətnaməsi verib.
***
Lakin az sonra hadisə yerinə gələn dəfn şirkətinin əməkdaşları qadını tabuta qoyarkən onun gözlərini açdığını görüblər. Dərhal təcili yardıma yenidən məlumat verilib. Qadın xəstəxanaya aparılıb və müşahidə altında saxlanılıb. Səlahiyyətlilər, yaşlı qadının yaşını və mövcud xəstəlikləri nəzərə alaraq səhhətinin "yaxşı" olduğunu söyləyib.
***
Plzen polisi yaşlı qadına kömək etməmək şübhəsi ilə ölüm şəhadətnaməsi verən həkimlə bağlı araşdırmalara başlayıb. Həkimin səhlənkar hərəkət etdiyi hesab edilir. Dəfn şirkəti baş verənlərdən təəssüfləndiyini bildirib və şəxsi heyətlə bağlı lazımi addımların atılacağını açıqlayıb.