Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:44 | 17 oktyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 3313 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Çexiyanın müdafiə sənayesi Assosiasiyasının prezidenti Yirji Hinek Avropa İttifaqını Azərbaycana silah embarqosunu ləğv etməyə çağırıb. Virtualaz.org xəbər verir ki, Hinek bu haqda «Prajskiy Telegraf» nəşrinə bildirib.
Yirji Hinek deyib ki, Azərbaycan dünyada ən iri silah alıcılarından biridir. Lakin bu bazarı Rusiya tutub. Onun fikrincə Avropa İttifaqı təşəbbüsü ələ almalı və Azərbaycana silah təchizatı məsələsinə baxmalıdır. «Mən bunu zəruri hesab edirəm ki, Brüssel Aİ üzvlərinə Azərbaycana silah satmağa icazə versin. İstərdim ki, Çexiya və Avropa İttifaqının digər üzvləri rusları bu bazardan sıxışdırsınlar», - Hinek bildirib.
Lakin Rusiyanın strategiyalar və texnologiyaların analizi Mərkəzinin rəhbəri Andrey Frolov hesab edir ki, avropalıların silah satışı məsələsində Rusiya ilə rəqabətə girməsi hələ çətindir. «2000-ci illərin sonlarında, 2010-cu illərin əvvəllərində Rusiya Azərbaycana kütləvi şəkildə tanklar, vertolyotlar, HHM sistemləri və s. təchiz edib. Lakin Bakı bundan sonra İsraildən də nələrsə alıb, özü də bahalı silahlar. Bunun hesabına İsrail qısamüddətli perspektivdə Azərbaycan bazarında birinci yerə çıxdı, lakin ümumi mənzərəyə baxsaq Rusiya Azərbaycana satdığı silahların həcminə görə hələ də birinci yerdədir», - Frolov deyib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu günlərdə Çexiya istehsalı olan «Dana» özüyeriyən artilleriya sistemlərinin və «RM-70» reaktiv yaylım atəşi sistemlərinin iri partiyasını nümayiş etdirib. Çexiya rəsmiləri Azərbaycana bu silahları satmadıqlarını bildirirlər.
armadninoviny.cz portalının istinad etdiyi anonim mənbə bildirib ki, həmin silahları Azərbaycana modernləşdirmədən sonra İsrailin «Elbit Systems» şirkəti verib. «Azərbaycan NATO ilə terrora qarşı mübarizədə sıx əməkdaşlıq edir, alyansa kəşfiyyat və analitik məlumatlar ötürür. NATO ölkələri, o cümlədən Çexiya və Slovakiya ilə yaxınlaşmaqla Bakı Rusiyanın təsirlərini və onun hərbi-sənaye kompleksindəki rolunu azaltmağa çalışır», - mənbə deyib.