Tehranda partlayış səsləri
İsrail hücum iddialarını təkzib etdi
19:56 | 9 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 449 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
İsrail hərbçiləri Fələstinin Qəzza zolağına doğru hərəkət edən, göyərtəsində “ekofəal” Qreta Tunberqin və digər ictimai fəalların da olduğu “Madleen” gəmisini saxlayıb.
“The Times of Israel” nəşrinin ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadla yaydığı məlumatda bildirilir ki, gəmiyə daxil olan hərbçilər onu İsrail sahillərinə doğru yönləndirib. İyun ayının əvvəlində Siciliya sahillərindən yola düşən “Madleen” yaxtasında 12 nəfər fəal olub. Onlar Qəzza zolağına humanitar yardım çatdırmaq niyyətində olduqlarını bildiriblər.
İsrail XİN isə “ekofəal”ların sözügedən “humanitar yardım” aksiyasına kəskin reaksiya verib: “Qəzzaya humanitar yardım çatdırmağın Instagram selfilərini əhatə etməyən yolları da var”.
Nazirlik əlavə edib ki, fəalların gətirdiyi "cüzi miqdarda humanitar yardım" rəsmi humanitar kanallar vasitəsilə Qəzzaya çatdırılacaq.
İsrail XİN-in aaçıqlamasında o da qeyd olunub ki, Tunberq və tərəfdaşları əslində media provokasiyası həyata keçirməyə çalışıblar:
“Qreta və digərləri diqqəti özlərinə çəkməyə çalışdığı və bir yük maşınından da az humanitar yardım ehtiva edən aksiya keçirdiyi bir vaxtda, son iki həftə ərzində İsraildən Qəzzaya 1200-dən çox yük maşını ilə yardım göndərilib. Bundan başqa, Qəzza Humanitar Fondu birbaşa mülki vətəndaşlara 11 milyon yemək paylayıb”.
Tunberq və dəstəsinin olduğu gəminin İsrail hərbçiləri tərəfindən saxlanılması dünyada böyük rezonans doğurub. Fələstinə rəğbət bəsləyən qüvvələr dünyanın hər yerində İsrailin bu addımını sərt şəkildə qınayırlar. Qreta Tunberqə də elə bu lazım idi.
Bizim isə (Azərbaycan və Türkiyənin) Qreta Tunberqi dəstəkləməyimizə gərək yoxdur. Çünki bu dələduz və təxribatçı qızcığaz Qarabağdakı keçmiş erməni separatçılarını sıx dəstəkləyirdi və 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatından sonra hətta Tbilisidə Azərbaycanın əleyhinə aksiya da təşkil etmişdi.
2024-cü ilin noyabr ayında isə Türkiyənin Diyarbəkr bölgəsinə və Van şəhərinə “iqlim fəalı” kimi səfər edən Q.Tunberq həmin ərazini özünün sosial media hesabında “Kürdistan” kimi qeyd etmişdi. Ümumiyyətlə, bu qalmaqallı “ekofəal” hal-hazırda özünü buraxdığını elan edən PKK terror təşkilatına rəğbəti ilə tanınır.
Əlbəttə, biz Beniamin Netanyahu hökumətinin Qəzza sakinlərinə qarşı aqressiv mövqeyini dəstəkləmirik. Lakin erməni separatizminin və PKK terrorçularının dəstəkçisi kimi tanınan dırnaqarası "ekofəal" Qreta Tunberq üçün də göz yaşı axıtmaq fikrimiz yoxdur.