3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
23:40 | 29 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 119 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
“Razılaşdırılmış ad “TRIPP marşrutu”dur”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Estoniyada səfərdə olan Paşinyanın Türkiyə (MİT rəhbəri İbrahim Kalın) və İngiltərə (Mİ6 rəhbəri Riçard Mur) kəşfiyyat şefləri ilə gizli görüş keçirdiyinə dair məlumatlar yayılıb. Adətən Ermənistanda belə informasiyalar ictimai rəyi Paşinyanın əleyhinə yönləndirmək məqsədilə tirajlanır və bu məlumatın da eyni məqsədə xidmət etdiyi istisna edilməməlidir.
Lakin Kalın-Mur-Paşinyan görüşü baş tutubsa, burada bir-birinə bağlı iki əsas gündəm ola bilər.
– Türkiyə-Ermənistan münasibətlərinin normallaşması;
– Cənubi Qafqazda kommunikasiyanın açılması.
Hər iki məsələ Bakı-İrəvan xəttində razılaşmadan, xüsusilə Zəngəzur dəhlizinin açılmasından asılıdır. İngiltərə açıq şəkildə dilə gətirməsə də, Pekin-London marşrutunda güc balansını idarə etmək və təsir imkanlarını genişləndirmək baxımından Zəngəzur dəhlizi layihəsində maraqlı görünür: bu dəhlizin açılması ilə türk dünyasında coğrafi bölünmənin aradan qalxması, Türkiyədən Mərkəzi Asiyaya uzanan bölgədə tarazlıq yaradacaq gücün ortaya çıxması London-Ankara-Bakı gündəliyinə uyğundur. Ehtimal olunan Tallin görüşü Paşinyanı Zəngəzur dəhlizinin açılmasına inandırmaq məqsədi daşıya bilər. Bu informasiya son günlər Orta dəhlizdə mübarizənin kəskinləşməsi fonunda da diqqət çəkir: Avropa İttifaqının Mərkəzi Asiyada mövqelərini gücləndirmək və Orta dəhlizdə “Ermənistan tranziti planına” qarşı Əliyev Çin səfəri ilə əks-həmlə etdi və Zəngəzur dəhlizinə dəstəyi genişləndirdi; Pekinin “Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləməsi” mühüm şifrələri əks etdirir; Bakı Orta dəhlizdə üzərinə düşəni, Ankara və London öz üzərlərinə düşəni etməyə çalışır.
Hərçənd, Tallin görüşü haqqında tirajlanan iddianın reallığı yenə də sual altındadır.
Paşinyanın Estoniya səfəri daha çox gözlənilən Moskvaya səfərindən öncə Avropada “hesabat” vermək məqsədi daşıyır. Çünki erməni baş nazir 9 mayda Moskva paradına gedəcək, Avropa İttifaqı isə üzvlüyə namizəd ölkələrə parada getməməyi tapşırıb. Latviyanın xarici işlər naziri Baiba Braje aprelin 14-də bildirmişdi ki, “aprelin 13-də Qərbi Baıkan ölkələrinin nümayəndələri ilə işgüzar şam yeməyi zamanı Avropa İttifaqı onlara Moskvada keçiriləcək 9 may Qələbə Gününə həsr olunmuş bayram tədbirində iştirak etməməklə bağlı dəqiq göstəriş verib”. Görünür, Aİ-yə üzvlük yoluna çıxan Ermənistan Moskva paradına getməklə Avropadakı tərəfdaşlarını narazı salmaqdan çəkinir və Paşinyan Estoniyaya - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəsinə səfəri ilə “Mosvkva paradında iştirakının səbəblərini – real vəziyyəti” izah etməyə çalışır. Ermənistan mediası da bu versiyanın üzərində dayanır.
Erməni baş nazirin Tallində MİT və Mi6 şefi ilə görüşüb-görüşmədiyinə dair detallar isə informasiya axınında məlum olacaq.