Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
10:09 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 273 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
Cümə günü (avqustun 8-də) ABŞ prezidentinin Azərbaycan dövlət başçısı və Ermənistan Baş naziri ilə görüşlərinin keçiriləcəyi artıq təsdiqlənib.
Hazırda Vaşinqtonda cümə günü nə baş verəcəyi barədə çox danışılır. Gəlin Azərbaycanın gündəminə diqqət yetirək. Bu gündəm Prezident İlham Əliyev tərəfindən Qlobal Media Forumunda bir daha bəyan edilib:
– Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtləri qüvvədə qalır: ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında dəyişikliklər. Aydındır ki, Konstitusiya dəyişikliyi sonrakı məsələsidir, amma Minsk Qrupunun ləğvi barədə qərar indi də qəbul edilə bilər. Artıq vaxt yetişib...
– Azərbaycanın Ermənistana qarşı heç bir təcavüzkar planı olmayıb. Bakı İrəvandakı hazırkı qanuni rəhbərliklə danışıqlar aparır. Odur ki, sülh gündəminin bir daha bəyan edilməsi heç də fövqəladə hadisə deyil, əksinə, Azərbaycan tərəfindən 2022-ci ilin yazında sülh müqaviləsinin əsas prinsipləri təqdim edildiyi vaxtdan başlayan bir prosesin davamıdır.
– Azərbaycan və Ermənistan arasında bütün razılaşmalar ikitərəfli formatda qəbul edilir. Bu formatı Azərbaycan təklif edib və istər Ermənistanın, istərsə də onun himayədarlarının müqavimətinə baxmayaraq buna nail olub.
– Kommunikasiyaların açılması mövzusunda Azərbaycanın gözləntiləri dəyişməyib: Zəngəzur dəhlizində xüsusi rejim (maneəsizlik və təhlükəsizliyə beynəlxalq nəzarət).
Bu, Azərbaycanın mövqeyidir və yalnız görüşdən sonra sülh gündəminin ayrı-ayrı istiqamətləri üzrə hansı irəliləyişin olduğunu öyrənmək mümkün olacaq.
Bununla yanaşı, cümə günü baş tutacaq görüş Azərbaycan və ABŞ prezidentlərinin ilk birbaşa görüşü olacaq. Bu, ikitərəfli gündəmin müəyyən edilməsi üçün yaxşı imkandır. Trampla görüşlər həmişə sürprizdir – xoş və ya xoşagəlməz, nəticədən sonra bilinəcək. Ən azı, Prezident Tramp öz sosial şəbəkə səhifəsində Azərbaycan Prezidentinin fikirlərini paylaşıb.
Bir sözlə, görüşün nəticələrini yalnız o baş tutduqdan sonra qiymətləndirmək mümkün olacaq.
Lakin istənilən halda görüş faktının özü də müsbət haldır. Ən azından, hazırda sülh prosesi ikitərəfli formatda gedir və müəyyən nəticələr gözlənilir.