
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Niyə Azərbaycanda İrana nifrət, İsrailə isə simpatiya var?
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdədir. İki ölkə arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir.
İki ölkə arasında ticarət dövriyyəsində də artım dinamikası qorunub saxlanılıb. Belə ki, 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 35,2 milyon dollar olmuşdusa, 2022-ci ildə 47.4 milyon dollar, 2023-cü ildə 48.4 milyon dollar və nəhayət 2024-cü ildə 62.3 milyon dollarlıq ticarət qeydə alınıb. Bu o deməkdir ki, son 4 ildə Azərbaycan ilə Macarıstan arasındakı ticarət dövriyyəsi 77.0 faiz artıb.
Son illər qeydə alınan artım tendensiyasına rəğmən Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.
Ötən ildən etibarən Azərbaycan mavi qazı Macarıstana çatdırılır. Regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb.
Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması həmin regionda daha çox ölkənin Azərbaycandan artırılmış həcmdə qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır.