
AB-dən “Gucci”yə fantastik məbləğdə cərimə
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
Avropa Komissiyasının sədri Ursula von der Leyen 2028–2034-cü illəri əhatə edəcək yeni çoxillik büdcə planını təqdim edib. Ümumi dəyəri 2 trilyon avro olan bu sənəd Avropa Birliyi (AB) tarixindəki ən böyük maliyyə çərçivəsi hesab olunur.
Brüsseldə keçirilən mətbuat konfransında danışan von der Leyen bu təklifi “Avropanın strateji hədəflərinə cavab verən və çağırışlara hazır olan yeni dövr büdcəsi” adlandırıb. “Bu, indiyə qədərki ən iddialı büdcəmizdir,” – deyə o vurğulayıb.
Yeni büdcə üç əsas istiqamətdə strukturlaşdırılıb:
865 milyard avro – kənd təsərrüfatı, balıqçılıq, sosial siyasətlər və regional inkişaf üçün;
410 milyard avro – rəqabət qabiliyyətli tədqiqat və innovasiyalar üçün;
200 milyard avro – xarici siyasət və beynəlxalq yardım üçün (bu məbləğin 100 milyard avrosu Ukraynanın bərpasına ayrılıb).
Maliyyələşmə mexanizmi və yeni vergi təklifləri
Büdcənin əsas hissəsi AB ölkələrinin birbaşa töhfələri hesabına formalaşacaq. Lakin Komissiya əlavə maliyyə mənbələri üçün elektron tullantılar, tütün məhsulları və iri korporasiyaların gəlirlərinə tətbiq ediləcək yeni AB vergilərini təklif edir.
Von der Leyen bildirib ki, bu xərclərin hamısı “hüququn aliliyi prinsiplərinə əməl olunması şərti” ilə həyata keçiriləcək. Bu yanaşma xüsusilə Macarıstan kimi son illərdə demokratik geriləmə ilə tənqid olunan ölkələrə yönəlib.
“Hüququn aliliyi vazkeçilməz prinsipdir. İctimai vəsaitlərin şəffaf, məsuliyyətli istifadəsi əsas prioritetdir,” – deyə Komissiya rəhbəri əlavə edib.
Siyasi müzakirələr başlayır
Yeni büdcə layihəsi Avropa Parlamentində və üzv dövlətlər arasında çətin və uzun sürəcək danışıqlar mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Hər bir üzv ölkə, öz maraqlarına uyğun vəsait ayırmaq üçün mübarizə aparacaq.
Büdcə təklifi Von der Leyenin ilk prezidentlik müddəti ərzində – COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, enerji böhranı, Çinlə rəqabət və iqlim fəlakətləri fonunda formalaşıb.
Yeni büdcədə əsas dəyişikliklərdən biri Ortaq Kənd Təsərrüfatı Siyasəti (CAP) ilə Uyğunluq Fondunun “Milli və Regional Tərəfdaşlıqlar” adlı vahid başlıq altında birləşdirilməsidir. Lakin bu sahələrdə xərclərin azaldılması cənub və şərq ölkələrinin narazılığına səbəb ola bilər. Əvəzində iqlim, müdafiə, texnologiya və tədqiqat sahələrinə önəm verən qərb və şimal ölkələri bu yanaşmanı dəstəkləyə bilər.
Yeni fondlar: Rəqabət qabiliyyəti və Ukrayna
Büdcə planında nəzərdə tutulan Avropa Rəqabətlilik Fondu (410 milyard avro) özəl sektor yatırımlarını stimullaşdıraraq dövlət resurslarının təsirini artırmağı hədəfləyir.
200 milyard avro dəyərindəki üçüncü sütun isə xarici siyasət vasitələrinin vahid struktur altında birləşdirilməsini nəzərdə tutur. Buradan ayrılan 100 milyard avro Ukraynanın yenidən qurulmasına yönələcək. Bu paket artıq qəbul olunmuş 50 milyard avroluq Ukrayna Dəstək Mexanizminin genişləndirilmiş forması kimi təqdim olunur.
Əlavə borclar və maliyyə çevikliyi
Büdcə həmçinin COVID dövründən qalan 292 milyard avroluq borcun ödənilməsi üçün də əlavə xərclər nəzərdə tutur. Komissiya bu borcların karbon emissiya ticarəti, gömrük rüsumları və təklif edilən yeni vergi modelləri ilə ödənməsini təklif edir. Lakin bu təkliflərə qarşı bəzi üzv ölkələrdə ciddi müqavimət mövcuddur və onların ratifikasiyası asan olmayacaq.
Von der Leyen büdcənin əvvəlki çərçivələrdən fərqli olaraq “daha strateji, çevik və şəffaf” olduğunu vurğulayıb: “Bu sənəd Avropanın öz taleyinə sahib çıxmaq istədiyi dövrə uyğun hazırlanıb”, – deyə o yekunlaşdırıb.