
Hava yolları yumurtadan yun qırxır
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Qan dövranında problemlər yarana bilər
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
... Sosial şəbəkədə etirazlar yağdı
Sərxoş sərnişin qandaldan xilas oldu, təyyarə təcili eniş etdi
“EasyJet” pilotunu tanıyan sərnişinlər hava yollarına şikayət etdi
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
“F-2A”nın pilotu xilas edildi
Avropanın 20-dən çox aparıcı hava yolu şirkətini birləşdirən “Airlines for Europe” (A4E) təşkilatı yeni qərar verib: 2025-ci ilin yay sonundan etibarən bütün A4E üzvü hava yollarında əl baqajı standartı dəyişəcək. Yeni qaydalara əsasən, təyyarəyə pulsuz daxil ediləcək əl baqajı yalnız ön oturacağın altına yerləşdirilə bilən kiçik ölçülü çanta ilə məhdudlaşdırılacaq.
Yeni normaya görə, pulsuz əl baqajının maksimum ölçüsü 40×30×15 sm olacaq. Bu isə bazarda mövcud olan bir çox klassik çamadanların istifadəsinə qadağa qoyulması deməkdir. Məsələn, hazırda satılan ən kiçik çamadanın belə eni 18 sm-dir və bu, yeni normaya uyğun deyil.
Fransız iqtisadi mətbuatı qeyd edir ki, bu ölçülərə uyğun çamadan tapmaq demək olar ki, mümkün deyil. Yalnız laptop çantası və ya kiçik bel çantaları bu tələblərə cavab verir.
Qərar hansı hava yollarını əhatə edir?
Yeni qaydalar “Ryanair”, “EasyJet”, “Vueling”, “Transavia”, “Air France” və digər A4E üzvü hava yolları ilə səyahət edən bütün sərnişinlərə şamil olunacaq. Bu şirkətlərlə uçan sərnişinlər yalnız bir ədəd kiçik şəxsi çanta götürə biləcəklər. Əgər daha böyük çantanız varsa, əlavə ödəniş etməli olacaqsınız.
A4E təşkilatı bu dəyişiklikləri “sərnişinlərin son anda əlavə ödənişlərlə qarşılaşmasının qarşısını almaq” məqsədilə etdiyini bəyan etsə də, aviasiya ekspertləri bu qaydaların xüsusilə aşağıbüdcəli hava yolları üçün yeni gəlir mənbəyinə çevriləcəyini düşünür.