
Eyfel qülləsi dağıdılır?
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransa Baş naziri Fransua Bayrou ölkənin artan borc böhranı fonunda genişmiqyaslı qənaət paketini açıqlayıb. Plana əsasən, sosial yardım artımları dondurulacaq, pensiyaçılara əlavə ödəniş edilməyəcək, minlərlə dövlət vəzifəsi ixtisar olunacaq və iki rəsmi bayram günü ləğv ediləcək.
Bayrou sərt bəyanatla çıxış edərək bildirib: “Fransa Avropanın ən çox borclanan ölkəsidir. Hər saniyə 5 min avro borclanırıq. Bu, bir millət üçün ölümcül təhlükədir. Daha çox işləməyə, daha az maaş almağa hazır olun”.
Sosial xərclər azaldılır, bayramlar ləğv edilir
Qənaət paketinə əsasən:
Sosial müavinətlərə artım edilməyəcək;
Pensiyalarda bu il heç bir indeksasiya nəzərdə tutulmur;
3 min dövlət vəzifəsi ixtisar olunacaq;
Hər üç təqaüdçünün yerinə yalnız bir yeni işçi qəbul ediləcək;
Pasxa bazar ertəsi və 8 May – Qələbə Günü kimi iki rəsmi tətil ləğv olunacaq.
Bayrou bu tədbirləri “əmək məhsuldarlığını artırmaq və büdcə nizam-intizamını təmin etmək” məqsədilə əsaslandırıb.
8 May qərarına etirazlar
Təklif olunan dəyişikliklər arasında 8 May Qələbə Gününün ləğvi xüsusilə böyük ictimai narazılıq doğurub.
İfrat sağçı Milli Birlik Partiyasının lideri Cordan Bardella bu qərarı “Fransız tarixinin təhqiri” adlandıraraq sərt tənqid edib və partiyasının bu təklifə qarşı çıxacağını bildirib.
Müdafiə və borc xərcləri artırılacaq
Bayrou açıqlamasında 2025-ci il büdcəsində bütün dövlət xərclərinin dondurulacağını, yalnız müdafiə sektoru və borc faizlərinin ödənişlərinin artırılacağını qeyd edib. Müdafiə büdcəsinin artırılması NATO öhdəlikləri və Rusiya təhlükəsi ilə əsaslandırılıb.
Fransa Milli Assambleyası hazırda yay tətilində olsa da, qənaət planı siyasi dairələrdə ciddi rezonans doğurub. Hökumətin parlamentdə sabit çoxluğa malik olmaması, müxalifətin birlikdə səsverməyə çıxacağı təqdirdə Bayrou kabinetinin süqutuna səbəb ola bilər.
Xatırladaq ki, Baş nazir əvvəllər iki dəfə etimadsızlıq səsverməsindən çətinliklə yayınmışdı. Bu dəfə isə həm sol, həm sağ müxalifətin ortaq mövqe sərgiləməsi real ehtimal kimi qiymətləndirilir.