
107 manat cərimə
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
... Sosial şəbəkədə etirazlar yağdı
Dünyaca məşhur duş geli markasının “irqçi” reklamı qadağan edilib
Sərxoş sərnişin qandaldan xilas oldu, təyyarə təcili eniş etdi
“EasyJet” pilotunu tanıyan sərnişinlər hava yollarına şikayət etdi
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
“F-2A”nın pilotu xilas edildi
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Qəzada 4 nəfər öldü
Uzun uçuşlardan sonra səyahətçilərin ən çox etdiyi şeylərdən biri isti duş qəbul etməkdir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş sağlamlıq problemlərinə səbəb ola bilər. Təyyarədə olarkən aşağı rütubət dərini qurudur. “Daily Mail” bildirir ki, isti su bu quruluğu daha da artırır və dərinin təbii yağlarını yox edir.
“Uçuşdan sonra dərimiz artıq quruyur. İsti su isə bu quruluğu daha da artırır və dərinin təbii qoruyucu bariyerini zəiflədir”, – deyə mütəxəssislər qeyd edirlər
Bundan əlavə, yüksək temperatur qan dövranına mənfi təsir göstərə bilər: “İsti duş qan damarlarını genişləndirir. Bu, uçuş zamanı yaranan şişkinliyi artıra və qan dövranı problemlərinə səbəb ola bilər”, – deyə ekspert Endi Ellis xəbərdarlıq edir. O, səyahətçilərə uçuşdan sonra isti əvəzinə ilıq və ya sərin duş qəbul etmələrini tövsiyə verir.
Digər tərəfdən, fizyoterapevt Betani Tomlinson uçuş zamanı tez-tez edilən bir səhvə diqqət çəkir: “Ayaqları üst-üstə keçirmək qan axınını məhdudlaşdırır və tromb riskini artırır”. Sağlam oturuş üçün səyahətçilərə ayaqlarını bir az qaldırmaq, çiynlərini rahat buraxmaq və oturacaqda arxaya söykənərək oturmaq tövsiyə olunur.